SON XƏBƏRLƏR

"İranı İslam Respublikası deyil, terrorçu İran respublikasıdır"-Mossad rəhbəri

2022.09.12, 08:59
"İranı İslam Respublikası deyil, terrorçu İran respublikasıdır"-Mossad rəhbəri

Gunaz.tv

O, bu ölkənin “İran İslam Respublikası” deyil, “İran Terror Respublikası” adlandırılmalı olduğunu bildirib.

Mossad başçısı İranı rejiminin terror və zorakılığa əsaslandığını və zorakılığa legitim alət kimi baxmağa, istifadə etməyə davam etdiyini qeyd edib.

Barnea mollaların 1979-cu ildən İranda hakimiyyətə gəlmələrindən bu günə kimi terrorun onların əsas dünya görüşünə çevrildiyini xatırladadıb, bunun dövlət səviyyəsində həyata keçirildiyini və bütün dünya üçün problemə çevrildiyini söyləyib.

"Nüvə danışıqları nəinki İranın terror fəaliyyətini azaltmayıb, əksinə, İran rejimi bu fəaliyyətlərini genişləndirib və hətta Amerika və Avropa ərazilərinə də çatdırıb"-deyə, o bildirib.

David Bernea bundan sonra İrana bağlı proksi qüvvələri deyil, onları təşkilatlandıranlara qarşı addım atacaqlarını deyib və bu təşkilatçıların Tehran, İsfahan və Tehranda olduqlarını söyləyib.

Cavidan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar