SON XƏBƏRLƏR

Mossad İranda daha bir SEPAH komandirini dindirib

2022.07.21, 17:32
Mossad İranda daha bir SEPAH komandirini dindirib

Gunaz.tv

Bu dindirmədən lentə alınan videoda o, SEPAH-ın təlimində və dəstəklənməsindəki rolunu təsdiq edir.

Yədullah Xidməti, bu idarənin komandiri Əliəsgər Novruzi ilə əlaqədə olduğunu deyir və İran meyilli qruplara silah göndərilməsi sahəsindəki fəaliyyətinə görə təəssüfləndiyini bildirərək həmkarlarından bu tip fəaliyyətlər etməməyi istəyir.

O, dindirildikdən və silah göndərilməsində rolu barədə məlumat verildikdən sonra onu dindirənlər tərəfindən sağ-salamat buraxılaraq evinə qaytarılıb.

İslam İnqilabı Keşikçiləri Korpusunun bu yüksək rütbəli üzvünün sorğu-sualından sonra İran Radio və Televiziya Şirkəti dindirilən şəxsin kimliyini qeyd etmədən verdiyi məlumatda onun qaçırıldığını elan edib.

Məlumatda SEPAH komandirini oğurlayanların "quldur" olduğu, onların Mossad tərəfindən ələ alındığı iddia olunub.

İran Radio və Televiziya Şirkətinin iddiasına görə, Yədullah Xidmətini oğurlayanlar onu Tehran ətrafına aparıb, ondan sahəsinə uyğun olmayan məsələlər barədə sorğu-sual ediblər.

Qeyd edək ki, bir müddən öncə daha bir İrandan kənarda terror əməliyyat şəbəkəsi yaratmaq üçün göndərilən SEPAH üzvü Mənsur Rəsulinin İsrail kəşfiyyat xidməti (Mossad) tərəfindən tutularaq dindirildiyini əks etdirən video yayılmışdı.

“52 yaşlı Rəsul Mənsuri Rza oğlu Mossad mənurlarına İrandan qıraqda 3 terror əməliyyatını həyata keçirmək üçün hazırlıq gördüklərini etiraf edib”-deyə, İsrail televiziyası məsələ ilə bağlı yayınladığı reportajda bildirmişdi.

Daha öncə bununla bağlı yayılan xüsusi məlumatlara görə, Sepah-ın Qüds qanadı narkotik qacaqmalçılarından istifadə edərək Türkiyə, Almaniya və Fransada üç terror aktı törətmək niyyətində olub.  

Cavidan
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar