Notariuslar şəhid ailələrinə pulsuz xidmət göstərir

22.11.2021, 09:40

"Hazırda “Elektron hökumət” sisteminin fəal iştirakçısı olan Ədliyyə Nazirliyi tərəfindən vətəndaşlara 35-dək müxtəlif elektron xidmətlər göstərilir. Son 5 ildə onlardan istifadə edənlərin sayı 15 milyonu xeyli ötüb”.

Gunaz.tv Quote | Gunaz article

Bu barədə Azərbaycan Respublikasının ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri I dərəcəli dövlət ədliyyə müşaviri Fikrət Məmmədovun AZƏRTAC-dakı məqaləsində bildirib.

F.Məmmədov qeyd edib ki, nazirlik tərəfindən aparılan və on minlərlə normativ sənədi ehtiva edən Hüquqi aktların vahid elektron bazası vasitəsilə hər kəs ödənişsiz olaraq, ani rejimdə qanunvericilik aktlarını əldə edə bilir. Təkcə bu il ərzində həmin elektron resursdan istifadələrin sayı 4 milyonu keçib:

“Eyni zamanda, “Elektron notariat” innovasiyaların tətbiqi üçün geniş imkanlar açıb. Həmçinin rəqəmsallaşdırmanın yeni mərhələsi olaraq “Mobil notariat” tətbiqi yaradılıb. Onun istifadəçiləri notariat ofisinə getmədən videoəlaqə vasitəsilə, o cümlədən xaricdən müxtəlif notariat hərəkətlərini rəsmiləşdirmək imkanına malikdirlər. Bu yeni olan sistemin artıq iki yüz mindən çox istifadəçisi vardır.
 
Ədliyyənin elektron reyestrlərinə digər dövlət orqanlarının da inteqrasiyası vətəndaş məmnunluğuna əlavə şərait yaradıb. Məsələn, əhali barədə müxtəlif məlumatları əks etdirən nazirliyin elektron bazalarından əmək və sosial müdafiə orqanlarına, müxtəlif lisenziyaların alınması üçün İqtisadiyyat nazirliyinə müraciətlər zamanı səmərəli istifadə olunur, bir çox sənədlər onlayn qaydada əldə edilir”.

Böyük sosial əhəmiyyətə malik olan “DOST” mərkəzlərində göstərilən notariat xidməti xüsusi qeyd olunmalıdır: “Burada yaradılmış elektron notariat kabinetləri vasitəsilə vətəndaşlar notariusla dərhal video-əlaqə saxlayaraq notariat əməliyyatını həyata keçirə bilirlər. Biznes mühitinin yaxşılaşdırılması məqsədilə analoji xidmətlər banklarda da yaradılıb.

Onu da qeyd edim ki, dövlətimizin başçısı və birinci xanımın şəhid ailələrinə yüksək diqqət və qayğı göstərilməsi barədə çağırışlarına qoşulan və tam əksəriyyəti xüsusi olan notariuslar yüksək vətəndaş mövqeyi və sosial məsuliyyət nümayiş etdirərək şəhid ailələrinə öz hesablarına xidmət göstərirlər.

Bununla yanaşı, nazirlik tərəfindən bələdiyyə fəaliyyətinin səmərəliliyinin artırılması, vətəndaşların bələdiyyələrə əlçatanlığının təmin olunması məqsədilə bələdiyyələri əhatə edən xüsusi portal hazırlanıb. Həmin portalın imkanlarından istifadə etməklə bələdiyyələrə metodoloji yardımın keyfiyyəti və onların fəaliyyətinə inzibati nəzarətin səmərəliliyi xeyli artırılıb”. (modern.az)

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Tanınmış tarixçi alim Aydın Balayev vəfat edib

2021-12-08

gun az article

Şuşa Dövlət Qoruğu İdarəsinə mülkiyyət hüquqları ilə bağlı səlahiyyətlər verilib

2021-12-07

gun az article

Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın Azərbaycana qarşı iddialarını təmin etməyib

2021-12-07

gun az article

XİN: Azərbaycan Ermənistanı Beynəlxalq Ədalət Məhkəməsinin qərarını dərhal yerinə yetirməyə çağırır

2021-12-07

gun az article

Ermənistan Zəngəzur dəhlizindən keçəcək yüklərimizi yoxlamayacaq, rüsum ödəməyəcəyik – RƏSMİ

2021-12-07

gun az article

İbrahim Rəisi: “Bəziləri gecə-gündüz dolların məzənnəsini qaldırmağa çalışırlar”

2021-12-07

gun az article

İranda daha bir ağır yol qəzası baş verib: 9 nəfər ölüb, 16 nəfər yaralanıb – FOTO

2021-12-07

gun az article

Nətənz nüvə təsisatı yaxınlığında baş verən partlayışla bağlı yeni faktlar üzə çıxıb: 5 kəşfiyyat dronu əməliyyat keçirib

2021-12-07

gun az article

İranlı axund: “İsfahan etirazlarında həbs edilənlərin ittihamlarına baxmaq üçün xüsusi şöbə yaradılıb” - FOTO

2021-12-07

gun az article

Almaniya: “İranın nüvə danışıqları ilə bağlı təklifləri qəbuledilməzdir”

2021-12-07

gun az article

“İran təyyarələrinin yarısından çoxu işlək vəziyyətdə deyil”- Əlirza Bərxor

2021-12-07

gun az article

PKK-nın daha bir rəhbər şəxsi məhv edildi

2021-12-07

gun az article

Ağdamın Keştazlı kəndindən VİDEO

2021-12-07

gun az article

Lider dövlətlər Rusiyaya qarşı birləşirlər

2021-12-07

gun az article

İranda dollar yenidən bahalaşdı: Məzənnə 31 min tüməni keçib

2021-12-07

gun az article

Şanlı dövlətçilik tariximiz: Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin açıldığı gündür

2021-12-07

gun az article

İsrailin iki naziri ABŞ-da: İrana qarşı "b" planı müzakirə olunacaq

2021-12-07

gun az article

ABŞ dövlət katibi Ukrayna prezidenti ilə danışıb

2021-12-07

gun az article

ABŞ rəsmi olaraq Pekin Olimpiadasını diplomatik boykot edib

2021-12-07

gun az article

Prezident və ailəsi Quba Olimpiya İdman Kompleksində-FOTOLAR

2021-12-06