SON XƏBƏRLƏR

Ötən günlərdə saxlanılan güney azərbaycanlı milli-mədəni fəal Əlirza Fərşi ağır ittihamla üzləşib

2021.10.20, 07:36
Ötən günlərdə saxlanılan güney azərbaycanlı milli-mədəni fəal Əlirza Fərşi ağır ittihamla üzləşib

Gunaz.tv

GünAz TV: Ötən günlərdə saxlanılan güney azərbaycanlı milli-mədəni fəal Əlirza Fərşi yaxınları ilə telefon əlaqəsi saxlayaraq ağır ittihamla üzləşdiyini deyib.

 

Fəal bildirib ki, ona “an.tv ilə əməkdaşlıq etmək yolu ilə Səudiyyə Ərəbistanına casusluq etmək”də ittiham olunduğu açıqlanıb.

 

Yanvarın 14-də şəhid Müqəddəs Evin Məhkəməsinin (dadsəra) hakimi azərbaycanlı fəal barəsində müvəqqəti saxlanma qərarı çıxarıb.

 

Mühəndis Əlirza Fərşi Tehranın Şərif Sənaye Universitetinin məzunudur. O bir müddət “Sepah”a bağlı olan “Xorşid-i İraniyan” adlı bir şirkətdə proqram mühəndisi kimi fəaliyyət göstərib. Deyilənlərə görə, şirkətin işçiləri müdiriyyətin icazəsi olmadan xaric ölkələrə səfər edə bilməz.

Bildirilir ki, şirkətin müdiriyyəti Əlirza Fərşi ötən yaz aylarında bir aylıq Türkiyə səfərindən qayıtdıqdan sonra ona qarşı bir çox problem yaradıb.

 

Güney azərbaycanın Mərənd şəhərində doğulan milli-mədəni fəal Əlirza Fərşi yanvarın 8-də Tehranda öz iş yerində mülki geyimli şəxslər tərəfindən saxlanılıb.

 

Əlirza Fərşi 2014-cü ildə Nəsimşəhrdə Beynəlxalq Ana Dili Günü mərasiminə qatıldığı üçün Baharistan İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən 15 il həbs və 2 il Xuzistan Əyalətinə sürgünə məhkum edilib.

 

Beynəlxalq Əfv Təşkilatı ötən aylarda bəyanat yayaraq azərbaycanlı fəal barəsində çıxarılan ağır məhkəmə hökmünün ləğv edilməsini tələb etmişdir.

 

Əlirza Fərşi və onunla birlikdə yaxalanan digər 3 güney azərbaycanlı fəalın apellyasiya şikayətinə 2019-cu il dekabrın 23-də Tehran Apellyasiya Məhkəməsinin 54-cü şöbəsində baxılıb.

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar