Ərdəbil Tibb Elmləri Universitetinin rəisi “Mehr” xəbər agentliyinə deyib ki, "təəssüf ki, gündəlik xəstəxanaya yerləşdirmə sayı çoxdur. Bu virusun cəmiyyət arasında təhlükəli yayılma səviyyəsini göstərir. Ancaq yoluxma sayını azalda bilmirik.»
Gunaz.tv
Şəhram Həbibzadə reanimasiya şöbəsinin tutumunun tam bitdiyini açıqlayaraq artırıb: "Bu xəstəliyin yayılması artdıqdan sonra reanimasiya şöbəsindəki çarpayıların sayını artırdıq.Ancaq xəstəliyin geniş yayılmasına baxmayaraq, durumu ağır olan xəstələrin çoxluğunu ucbatından yenədə çarpayı çatışmazlığı var."
Həbibzadə söyləyib ki, "hazırda 465 ağır koronovirus xəstəsi Ərdəbil əyalətinin xəstəxanalarının müxtəlif şöbələrində yerləşdiriliblər. Reanimasiya şöbəsinə yerləşdirilən 78 xəstənin ümumi vəziyyəti isə çox ağırdır. "
Həbibzadənin sözlərinə görə, yalnız son 24 saat ərzində əyalətində 11 nəfər koronovirus infeksiyasından həyatını itirib.
Ərdəbil, Parsabad və Meşgin Şəhər (Khiav) şəhərlərində koronovirusun ən təhlükəli “qırmızı” vəziyyəti elan olunub.
C.E