SON XƏBƏRLƏR

Koxavi İsrail ordusunun İranın nüvə fəaliyyətini zərərsizləşdirmək üçün üç planını açıqlayıb

2023.01.14, 14:35
Koxavi İsrail ordusunun İranın nüvə fəaliyyətini zərərsizləşdirmək üçün üç planını açıqlayıb

Gunaz.tv

Onun sözlərinə görə, İran hazırda dörd atom bombası istehsal etmək üçün bütün materiallara, gücə və biliyə malikdir.

O bildirib ki, İranın silahlanma komandası hələ də fəaliyyətdədir; Yavaş işləməsinə və İranın nüvə proqramının irəliləyişinin ləng getməsinə baxmayaraq, onlar öz sentrifuqalarını quraşdırıblar.

Kuxavi, bu fəaliyyəti İran və dünya qüdrətləri arasında “nüvə sazişinin pozulması” adlandırıb.

"Ötən il İsrail ordusu İrana hücum üçün üç planı yekunlaşdırıb: birincisi, cavab hücumu, ikincisi, nüvə proqramı ilə əlaqəsi olmayan hücum və üçüncüsü, nüvə obyektlərini məhv etmək üçün hücum", -deyə, İsrail Ordusunun Baş Qərargah rəisi planı açıqlayıb.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar