SON XƏBƏRLƏR

Xoy “rizmahı” xalçasının şəhəri elan olunub

2022.01.03, 14:05
Xoy “rizmahı” xalçasının şəhəri elan olunub

Gunaz.tv

Cəlil Cabbari Xoy şəhərinin ölkə üzrə “rizmahı” naxışlı əldə toxuma xalçasının şəhəri kimi qeydiyyata alındığını bildirib.

O, bunun Xoyun əl işləri, xüsusilə xalça sənayesinin inkişafı üçün əhəmiyyətli dərəcədə müsbət təsir göstərəcəyini deyib.

Cabbarinin sözlərinə görə, hal-hazırda Xoyda 5500 əldə toxuma xalça sexi fəaliyyət göstərir və bu, bölgə əhalisinin əhəmiyyətli iqtisadi gəlir qaynaqlarından biri sayılır.

Qeyd edək ki, Qərbi Azərbaycanda xalçaçılıq işi əhalinin məişət problemlərinin həllində önəmli dərəcədə rol oynamasına baxmayaraq, əyalətdə fəaliyyət göstərən 72 min xalçaçının yalnız 17 min nəfəri siğorta xidmətlərindən istifadə edir və 50 mindən çox xalça toxucusu bu imkandan məhrumdur. 

Bundan öncə 2010-cu ildə Tikantəpənin əldə toxuma “Əfşar” xalçası,  2013-cü ildə isə Xoy bölgəsinin “Rizmahı” xalçası İranın milli əsərləri siyahısına salınıb.  

C.E

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar