Xoy tarixi bazarında türkcə olan adlar fars sözləri ilə dəyişdirilib

2020-05-27 13:59

Xoy bələdiyyəsi şəhərin tarixi bazarında orijinal türkcə məkan adları yerinə təhrif edibmiş farsca adlar yazılan lövhələr hazırlayıb.

Gunaz.tv Quote | Gunaz article

Bu lövhələrdə “Fərşçi bazar”,  “Misgər bazar”, Pəncərəçi bazar”, “Rasta bazar”, “Xərəzi bazar”, “Doşabçı bazar” və s. Kimi adlar fars sözləri ilə dəyişdirilib.

 

 

Bələdiyyənin bu hərəkəti sosial şəbəkədə azərbaycanlıların etirazına səbəb olub. Azərbaycanlı istifadəçilər bu addımı İranda tətbiq olunan pan-iranist irqçi siyasətlərin davamı olduğunu, Azərbaycanın türk kimliyini dəyişmək məqsədi daşıdığını yazıb. Türk istifadəçilər “bu şəhər öz kimliyini istəyir” şüarı ilə sözügedən lövhələrin düzəldilməsini tələb edib.

 

 

Pəhləvi və İslam respublikası dövründə türklərin tarix və kimliyini inkar etmək məqsədi ilə minlərlə məkanın adı türkcədən fars dilinə çevrilib və ya yeni fars adları ilə əvəzlənib. Güney Azərbaycan Əyalətlərində belə adların sayı minlərlədir.

 

 

Son illərdə azərbaycanlılar arasında milli özünüdərketmənin güclənməsi ilə vətəndaşlar məhəllələr və küçələrin tarixi adlarının bərpasını tələb edir.

 

 

2018-ci ilin aprel ayında Təbriz 8-ci Məntəqə Bələdiyyə İdarəsinin icraçı direktoru Rza Paknəhad Təbriz bazarında dəyişdirilən məkan adlarının yenidən tarixi adlarla əvəzləndiyini bildirmişdir. Bu hadisədən bir neçə gün sonra isə Zəncan Şəhər Şurasının üzvü Həmidrza Həmidi Şuranın keçirdiyi iclasda Zəncan kimliyinin unutdurulmasına etiraz bildirərək şəhərdə türkcə adların yenidən bərpa edilməsini tələb etmişdir.

 


Bir neçə il əvvəl isə Urmiyanın Bələdiyyə İdarəsi oxşar qərar verərək şəhərdə dəyişdirilmiş bəzi məkan adlarını əsl türk adları ilə əvəzləmişdir.  

 

 

Ü.F

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV June.13.2020: PARLAQ GƏLƏCƏK: İran rejimində zorla etiraf almaq və işgəncər, Çin və İran rejimi arasındakı anlaşmasına baxiş

2020-07-14

gun az article

Sel Güney Azərbaycanın müxtəlif bölgələrində fəsadlar yaradıb + VİDEO/FOTO

2020-07-13

gun az article

Güney azərbaycanlı deputatdan Azərbaycana dəstək: "Ermənistan təcavüzkardır"

2020-07-13

gun az article

Firdovsi şeirlərinin irqçi məzmununu tənqid edən azərbaycanlı jurnalist həbs edilib

2020-07-13

gun az article

Güney Azərbaycanda dəm qazı 2 ayda 31 nəfərin ölümünə səbəb olub

2020-07-13

gun az article

Güney Azərbaycanın müxtəlif əyalətlərində koronavirus pandemiyası ilə bağlı yeni rəqəmlər açıqlanıb

2020-07-13

gun az article

Təbriz Şəhər Şurasının daha bir üzvü koronavirusa yoluxub

2020-07-13

gun az article

Sürgündə olan milli fəal Siyamək Mirzayi vətənə qayıdır

2020-07-13

gun az article

Ərdəbilin keçmiş deputatı Abbas Lisaniyə qarşı çıxarılan ədalətsiz hökmü pisləyib

2020-07-13

gun az article

Siyasi fəal Fəramərz Bəxtiyar Abbas Lisaniyə qarşı çıxarılan ədalətsiz hökmü pisləyib – VİDEO

2020-07-12

gun az article

Qərbi Azərbaycan əyalətində koronavirus qurbanlarının sayı 570 nəfəri ötüb

2020-07-12

gun az article

Urmiyanın millət vəkili məktəb və universitetlərdə türk dilinin tədris olunmasını tələb edib

2020-07-12

gun az article

Mişo dağlarında baş verən yanğın söndürülüb

2020-07-12

gun az article

Siyasi fəal Kave Şirzad tanınmış milli fəalın azadlığa buraxılmasını tələb edib – VİDEO

2020-07-12

gun az article

İnsan hüquqları fəallarının Abbas Lisaniyə qarşı çıxarılan ədalətsiz hökmə etirazları davam edir – VİDEO

2020-07-12

gun az article

Türkmən insan hüquqları kampaniyası fəalı Abbas Lisaniyə qarşı çıxarılan ədalətsiz hökmü pisləyib - VİDEO

2020-07-11

gun az article

Şərqi Azərbaycanda koronavirus səbəbilə bütün idman mərkəzlərinin fəaliyyəti 1 həftəlik dayandırılıb

2020-07-11

gun az article

Şərqi Azərbaycanın 12 şəhərində koronavirusla bağlı vəziyyət böhranlıdır

2020-07-11

gun az article

Ərdəbildə koronavirusa yoluxmuş ana sağlam uşaq dünyaya gətirib

2020-07-11

gun az article

İran parlamentinin Həştruddan seçilmiş deputatı koronavirusa yoluxub

2020-07-11