O, bu barədə yanvarın 18-də İran Səhiyyə Nazirliyinin rəsmiləri və səhiyyə sisteminin nümayəndələrinin iştirakı ilə birgə keçirilən toplantda açıqlama verib.
"Əyalət mərkəzlərində və bir sıra böyük şəhərlərdə özəl klinika və xəstəxanalar açılıb. Ancaq aztəminatlı təbəqənin üz tutduğu dövlət xəstəxanalarının tikintisi və texniki təminatı ilə bağlı heç bir iş görülməyib. Bu, ədalətsizlikdir"-deyə, Adil Nəcəfzadə bildirib.
Millət vəkili sadaladığı məsələlərə görə Səhiyyə Nazirliyini ədalətsizlikdə ittiham edib: “Qərbi Azərbaycan əyaləti, o cümlədən Xoy və Çaypara şəhərləri tibbi imkanlar və səhiyyə xidmətləri baxımından olduqca geridə qalıb. Bu açıq-aşkar ayrı-seçkilidir”.
Özəlliklə Çaypara şəhərində tibb ocaqlarının çatışmadığını deyən millət vəkili İran səhiyyə nazirindən məsələnin həlli və şəhər xəstəxanasının tikintisi ilə bağlı əməli addım atmasını tələb edib.
C.E