SON XƏBƏRLƏR

Xoyda baş verən zəlzələdə xəsarət alanların sayı artdı

2023.01.19, 13:58
Xoyda baş verən zəlzələdə xəsarət alanların sayı artdı

Gunaz.tv

Yanvarın 18-də Qərbi Azərbaycan əyalətinin Xoy şəhərində baş verən 5.4 bal gücündə zəlzələnin dağıntılatı barədə ilkin rəsmi məlumatlar yayılıb.

Son məlumata görə, zəlzələ nəticəsində 500 evə ziyan dəyib, 194 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Qərbi Azərbaycan əyalətinin Qızıl Aypara cəmiyyətinin başçısı Həmid Məhbubi mediaya verdiyi açıqlamada yaralananlardan 17=nin durumunun ağır olduğunu bildirib.

Qeyd edək ki, yanvarın 18-i yerli vaxtla saat 13:19 və 13:38 dəqiqədə 3.6 və 5.4 bal gücündə qeydə alınan zəlzələ yerin 12 kilometr dərinliyində baş verib.

Son sutkada bölgədə yeraltı təkanlar 9 dəfə baş verdiyi üçün Xoy şəhəri və ətraf kəndlərin əhalisi gecəni küçələrdə keçiriblər.

Dövlət qurumlarının verdiyi rəsmi açıqlamaların əksinə olaraq, yerli sosial media istifadəçiləri hökumətin zəlzələdən zərər görən və küçələrdə qalmağa məcbur olan vətəndaşlara yetərli yardım göstərmədiklərini yazırlar.

Timur

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar