SON XƏBƏRLƏR

Xoyda milli fəal Yusif Pircani həbs edilib

2021.12.30, 14:04
Xoyda milli fəal Yusif Pircani həbs edilib

Gunaz.tv

Güneyli milli fəalların verdiyi məlumata görə, Yusif Pircani dekabrın 22-də Xoy şəhərinin İnqilab Məhkəməsinin qərarların icrası bölməsinə müraciə etdikdən sonra saxlanılıb və Xoy şəhərinin zindanına aparılıb.

O, cari ilin iyul ayının 24-də Xoy şəhərində  təhlükəsizlik məmurları tərəfindən saxlanılaraq təcridxana aparılıb və 15 gündən sonra ağır girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılıb.

Pircani “hökumətə qarşı təbliğat” ittihamı ilə 3 ay həbs cəzasına məhkum edilib.

Qeyd edək ki, iyulun 24-də Təbriz başda olmaqla bir neçə Güney Azərbaycan şəhərində Əhvaz ərəblərinin su üsyanına dəstək mitinqi keçirilib.

Aksiyada “Azərbaycan Əl-Əhvaz, İttihad ittihad” və kimi şüarlar səsləndirilib. Etirazçılar bu aksiya ilə hökumətin digər millətlərə qarşı ayrı-seçkilik siyasətinə etiraz edib.

Etiraz aksiyası keçirilən gün, ondan öncə və sonrakı günlərdə onlarla azərbaycanlı fəal saxlanılıb.

Saxlanılanlar dindirildikdən sonra təcridxanalara köçürülüb, sonradan ağır girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər azadlığa buraxılıb.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar