Hökumət qüvvələrinin dəfn mərasimində iştirak etmək istəyənlərin qarşısını almağa çalışmasından sonra onlarla yerli əhali arasında qarşıdurma baş verib.
"Xameneyiyə ölüm" şüarları səsləndirən soyuqbulaqlılar məmurlara müqavimət göstərib, hökumət qüvvələrinin odlu silahlardan atəş açdığı bildirilir.
Günorta saatlarına yaxın dəfn mərasimindən sonra hökumət məmurlarının İsmayıl Moludinin Gömrük məhəlləsində yerləşən evinin qarşısına toplaşan vətəndaşlara yenidən hücum etməsi nəticəsində şiddətli toqquşma olub.
Qəzəbli əhalinin Soyuqbulaq şəhərində yerləşən SEPAH-a bağlı yarım hərbi Bəsic qüvvələrinin mərkəzlərindən birini ələ keçirərək yandırıblar.
Bununla yanaşı Soyuqbulaq şəhər fərmandarlıq binasının da ələ keçirildiyi və güllə səslərinin eşidildiyi bildirilir.
Çox sayda insanın xəsarət aldığı qarşıdurmada onlarla soyuqbulaqlı həbs edilib.
Timur