SON XƏBƏRLƏR

Ozan Araz Elsəs Novruz bayramı ərəfəsində Bakıda konsert verəcək

2021.10.20, 07:36
Ozan Araz Elsəs Novruz bayramı ərəfəsində Bakıda konsert verəcək

Gunaz.tv

GünAz TV: Avropada yaşayan tanınmış azərbaycanlı ozan Araz Elsəs mart ayında Bakıda verəcəyi növbəti konsertə hazırlaşır.

Araz Elsəsin Azərbaycan paytaxtında görüş-konserti Novruz bayramı ərəfəsində reallaşacaq. Bu barədə Milli.Az xəbər portalı AzərTAc-a istinadən xəbər yayıb.

Araz Elsəs 1971-ci il noyabrın 27-də Güney Azərbaycanda Urmiya gölünün yaxınlığında yerləşən Sulduz şəhərində anadan olub. Uşaq çağlarından musiqiyə böyük maraq göstərib. Siyasi səbəblər üzündən çətinliklərlə üzləşən Araz Elsəs 1991-ci ildə Azərbaycana köçüb, 1997-ci ildə Avropa Yazarlar Parlamenti tərəfindən Norveçə çağırılıb. O, 2000-ci ildə İsveçə köçüb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar