SON XƏBƏRLƏR

Özünü yandıran qadına 6 ay həbs cəzası verilibmiş: “Futbola baxmağa cəhd” ittihamı ilə

2021.10.20, 07:36
Özünü yandıran qadına 6 ay həbs cəzası verilibmiş: “Futbola baxmağa cəhd” ittihamı ilə

Gunaz.tv

GünAz TV: Bir neçə gün öncə Tehranda məhkəmə binalarından birinin qarşısında üzərinə benzin tökərək özünü yandıran qadın haqqında bəzi məqamlar üzə çıxıb.

 

O, Tehranın Azadlıq Stationuna daxil olub, futbola baxmaq istəyərkən təhlükəsizlik orqanları tərəfindən saxlanan qadınlardan biri imiş.

 

İntihar cəhd edən 29 yaşlı qızın bacısının yerli media orqanlarından birinə dediyinə görə, o, fevral ayında Azadlıq Stadionunda futbol maçına tamaşa etməyə gedib. Lakin stadiona daxil olan zaman təhlükəsizlik qüvvələri ona mane olub və tərəflər arasında qarşıdurma yaranıb.

 

Xatırladaq ki, bir neçə gün öncə sözügedən qızın özünü yandırması ilə bağlı mediada məlumatlar dərc edilmişdi. İran rejiminə yaxın media orqanları qıza qarşı “münasib olmayan geyim” geyindiyinə görə, “ictimai əxlaqa zidd davranışlar” və “polisi təhqir etmə” ittihamları ilə cinayət işinin mövcud olduğunu, həmin gün də onun məhkəmə iclasında iştirak etməyə gəldiyini bildirmişdilər. Lakin bu xəbərlərdə hakimin yaxın qohumunun ölümü səbəbindən işdə olmamasına görə, o gün məhkəmə iclasının təxirə salındığı deyilirdi.

 

Adı açıqlanmayan bu qızın bacısının sözlərinə əsasən, o, mülki vəsiqə ilə azad edildikdən sonra mobil telefonunu geri almaq üçün Ədliyyə İdarəsinə gedibmiş, lakin orada ona 6 ay həbsə məhkum olduğu deyilib. O, bunu bildikdən sonra özünü yandırıb.

 

Hazırda xəstəxanada 3-cü dərəcəli yanıq xəsarəti ilə yerləşdirilmiş 29 yaşlı qızın vəziyyətinin ağır olduğu, aparat vasitəsilə nəfəs ala bildiyi deyilir.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar