SON XƏBƏRLƏR

Pakistan parlamentinin sədri koronavirusa yoluxub

2021.10.20, 07:36
Pakistan parlamentinin sədri koronavirusa yoluxub

Gunaz.tv

GünAz TV: Pakistan Milli Assambleyasının (parlament) sədri Əsəd Qayser yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.


APA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, bu barədə Ə. Qayser özü bildirib.


“Mənim koronavirus testimin nəticəsi müsbət çıxıb. Hazırda evdə özümü təcrid etmişəm”, - deyə o vurğulayıb.


Qeyd edək ki, Pakistan Milli Assambleyasının sədri bu həftənin əvvəlində Baş Nazir İmran Xan və digər hökumət nümayəndələri ilə görüşlər keçirib.


Xatırladaq ki, Pakistanda indiyədək 16 817 nəfər COVID-19-a yoluxub, 385 nəfər vəfat edib.

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar