SON XƏBƏRLƏR

Pakistan və Hindistan sərhəd haqqında tarixi sazişə imza atıblar

2021.10.20, 07:36
Pakistan və Hindistan sərhəd haqqında tarixi sazişə imza atıblar

Gunaz.tv

GünAz TV: Pakistan və Hindistan Kəşmir regionunda iki dövlət arasında gərginliyi azaldacaq Kartarpur dəhlizinin açılması haqında tarixi sazişi imzalayıb.

Xezerxeber.az xarici mətbuata istinadən xəbər verir ki, imzalanan saziş həm hindistanlı sikhlərə dini liderləri Quru Baba Nankın anadan olduğu yeri ziyarət etmələrinə imkan yaradacaq, həm də Kəşmir regionunda tərəflər arasında gərginliyi azaltmağa səbəb olacaq.

Sazişin şərtlərinə əsasən, hər gün 5 min zəvvar-sikh bu dəhlizdən keçmək hüququ əldə edəcək

Razılaşma Quru Baba Nankın anadan olmasının 550 illiyinə həsr olunan bayram ərəfəsində imzalanıb. Pakistan və Hindistan mühüm saziş əldə olunana qədər üç çətin danışıqlar raundundan keçiblər.

Xatırladaq ki, nüvə silahına malik hər iki dövlət arasında Kəşmir ətrafında mübahisə səbəbindən XX əsrin ikinci yarısında bir neçə silahlı münaqişə baş verib . Az qala müharibə ilə nəticələnəcək sonuncu münaqişə bu ilin fevral ayında qeydə alınıb.

Gərginliyin artmasına fevralın 14-də Cammu və Kəşmir ştatında Hindistan polisinin 45 əməkdaşının ölümü ilə nəticələnən hücum səbəb olub. Hücumun məsuliyyətini bölgədə fəaliyyət göstərən "Ceyş-ə-Məhəmməd” qruplaşması üzərinə götürüb.

İslamabadı "Ceyş-ə-Məhəmməd” qruplaşmasına dəstək verməkdə ittiham edən Hindistanın Hərbi Hava Qüvvələri bu il fevralın 26-na keçən gecə Pakistan sərhədini 80 kilometr keçərək Balakot yaşayış məntəqəsi rayonuna hava zərbələri endirib. Bundan sonra Pakistanın Hərbi Hava Qüvvələri ölkənin hava məkanını pozan iki Hindistan təyyarəsini vurub.

 

N.S

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar