SON XƏBƏRLƏR

Pakistanın keçmiş baş naziri həbs edilib

2021.10.20, 07:36
Pakistanın keçmiş baş naziri həbs edilib

Gunaz.tv

GünAz TV: Pakistanın keçmiş baş naziri Nəvaz Şərif, onun qızı və siyasi xələfi Məryəm cümə günü Lahora çatdıqları an həbs edilib.

 

Ötən həftə anti-korrupsiya məhkəməsi sabiq baş nazir və qızına Londondakı əmlaklarının hansı pulla aldıqlarını izah etmədiklərinə görə müvafiq olaraq on və yeddi il həbs cəzası verib.

 

Şərif övladları ilə birlikdə xərçəng müalicəsi alan həyat yoldaşının qayğısına qalmaq üçün Londonda idi.

 

Nəvaz Şərifin Pakistana geri döndüyü vaxt, polisin onun gəlişi münasibətilə aksiya keçirməyə hazırlaşan yüzlərrə tərəfdarını həbs etdiyi bildirilir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar