SON XƏBƏRLƏR

Pandemiyanın pik dövrü yaxınlaşır

2021.10.20, 07:36
Pandemiyanın pik dövrü yaxınlaşır

Gunaz.tv

GünAz TV: Bunu Fransa prezidenti Emmanuel Makron Müluz şəhərindəki səyyar hərbi xəstəxanadan çıxış edərək deyib.

 

Fransa prezidenti Emmanuel Makron Müluz şəhərindəki səyyar hərbi xəstəxanadan çıxış edərək, tibb işçilərinin pul mükafatı ilə təltif olunacaqlarını, eləcə də əlavə iş saatlarının ödəniləcəyini bildirib.

 

"Covid-19"a ən çox məruz qalmış Müluz şəhərində yaradılmış səyyar hərbi xəstəxanaya baş çəkən Fransa prezidenti sanitar böhrandan sonra xəstəxanalara kütləvi investisiya yatırılacağını və onların büdcələrinin artırılacağını vəd edib.

 

Prezident Makron “Covid-19” ilə mübarizədə ön cəbhədə “vuruşan” tibbi heyətə, eləcə də 2-ci cəbhə olaraq çalışan tədarükçülərə, ərzaq mağazalarında olan kassirlərə və 3-cü cəbhədə - evdən distant işləyənlərə verdikləri dəstəyə görə təşəkkürünü bildirib.

 

Prezident bu görünməz düşmənə qarşı “müharibə”yə, eləcə də ölkəni parçalamaq istəyənlərə qarşı mübarizə aparmaq üçün xalqı birliyə çağırıb. Artıq özünü göstərməyə başlayan və yaxınlaşmaqda olan epidemiyanın pik dövründə əhaliyə yardım etmək üçün hərbi qüvvələrin səfərbər olunacağı “Résilience” (uzun müddət müqavimət göstərəcək) adlanan hərbi əməliyyatların başlanacağını diqqətə çatdırıb. Bildirib ki, indiki çətin vəziyyətdə yalnız bir ideya olmalıdır: birgə olmaq. Yalnız birlik sayəsində ölkə görünməz düşmənlə mübarizədə qalib çıxacaq.

 

Qeyd edək ki, Fransada Nazirlər Şurası 1958-ci ildən bəri ölkədə heç vaxt görünməmiş 25 sərəncam imzalayıb. Bu sərəncamlarda nəzərdə tutulan tədbirlər yalnız sanitar böhran müddətində tətbiq ediləcək. Ölkənin baş naziri Eduard Filip bildirib ki, getdikcə daha böyük iqtisadi və sosial sarsıntılar olacaq. Çünki ölkə hələ böhranın başlanğıcındadır.

 Xatırladaq ki, Fransada korona virusuyla bağlı yaradılmış elmi şura karantin vəziyyətinin ən azı 6 həftə davam edəcək. Vəziyyətdən asılı olaraq bu müddətin uzadılması ehtimalı var. TRT

 

N.S

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar