SON XƏBƏRLƏR

Parsabadda azərbaycanlı fəalı yaxalamaq istəyən Ettelaat əməkdaşları onun evinə hücum çəkib

2021.10.20, 07:36
Parsabadda azərbaycanlı fəalı yaxalamaq istəyən Ettelaat əməkdaşları onun evinə hücum çəkib

Gunaz.tv

GünAz TV: Sentyabrın 12-də Parsabad Ettelaat Şöbəsinin əməkdaşları bu şəhərin milli-mədəni fəallarından olan Səccad Monadinin ata evinə hücum çəkib.

 

Məlumata görə, fəal evdə olmadığı üçün onu yaxamalaq mümkün olmayıb.

 

Evə hücum çəkən məmurlar arasında Parsabad Ettelaat Şöbəsinin rəisi Həzrəti də olub.

 

Bu barədə etibarlı bir mənbə GünAz TV-yə məlumat verib.

“Ettelaat əməkdaşları Səccad Monadini axtarır. Fəalın ata evinə hücum çəkən məmurlar evdə axtarış aparıb, ona aid kompüter, flash kart, pasport və milli kartı özləri ilə götürüblər”- deyə məlumatda bildirilib.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar