SON XƏBƏRLƏR

Parsabadda “Qırx pillə” şəllaləsinin adı farsca sözlə dəyişdirilib

2021.10.20, 07:36
Parsabadda “Qırx pillə” şəllaləsinin adı farsca sözlə dəyişdirilib

Gunaz.tv

GünAz TV: Muğanın Parsabad şəhərində türk dilində “Qırx pillə” şəlaləsi adlanan yerin adı fars dilinə tərcümə edilərək “Çehel pelle” sözü ilə dəyişdirilib.

 

Məlumata görə, Mədəni İrs Təşkilatı artıq həmin məkanda təhrif edilmiş adla lövhə quraşdırıb.

 

Yerli əhali coğrafi və məntəqə adlarının başqa dilə tərcümə edilməsini təhrif və yanlış əməl adlandıraraq quraşdırılan lövhənin qaldırılması və türkcə olan adın yenidən bərpa edilməsini tələb edir.

 

Ötən ay oxşar hadisə Ərdəbil şəhərində baş vermişdir. Şəhərin Bələdiyyə İdarəsi “Rasta unçu meydanı”nın adını təhrif edərək onu fars dilinə tərcümə etmişdir.

 

Türkcə olan yer adlarının fars sözləri ilə dəyişdirilməsi şübhəsiz ki, İran rejiminin Azərbaycan türklərinə qarşı tətbiq etdiyi asimilasyon siyasəti ilə bağlıdır. Coğrafi məkanların adının dəyişdirilməsi faktına Güney Azərbaycanın bütün bölgələrində rast gəlinir. Bu proses soydaşlarımızın kəskin etirazı ilə qarşılansa da, rejim tərəfindən davam etdirilir.

 

Bundan əvvəl Ərdəbil Şəhər Şurasının üzvü Cavad Ənsari, Zəncan Şəhər Şurasının üzvü Həmidrza Həmidi və Təbriz 8 saylı Məntəqə Bələdiyyə İdarəsinin icraçı direktoru Rza Paknəhad kimi bəzi yerli məsullar Azərbaycan şəhərlərində türkcə olan yer adlarının dəyişdirilməsinə etiraz bildirib, bunun şəhərlərin kimliyinə xələl gətirdiyi barədə xəbərdarlıq ediblər.

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar