SON XƏBƏRLƏR

Parsabadda ustad Şəhriyarın heykəlinin açılışı olub – VİDEO

2021.10.20, 07:36
Parsabadda ustad Şəhriyarın heykəlinin açılışı olub – VİDEO

Gunaz.tv

GünAz TV: Uzun müddət etirazdan sonra Muğanın Parsabad şəhərində türk dünyasının görkəmli şairi, güney azərbaycanlı mütəfəkkir ustad Məhəmməd Hüseyn Şəhriyarın heykəlinin açılış mərasimi keçirilib.

 

4 il əvvəl şairin bir büstü Parsabad şəhərində ucaldılmışdır, lakin həmin büst ötən il naməlum səbəbdən təxrib edildi. Bu hadisə azərbaycanlıların kəskin etirazına səbəb oldu.

 

Etirazlar o həddə çatdı ki, Parsabad prokuroru büst təxrib edildiyi zaman ərazidə olan Şəhər Şurası üzvlərindən birini izahat vermək üçün məhkəmə qarşısına çıxardı.

 

Sonda etirazlar nəticə verdi və böyük şairin heykəli avqustun 20-də “Azadi meydanı”nda ucaldıldı və bu meydanın adı “Şəhriyar meydanı” ilə dəyişdirildi.

 

https://www.youtube.com/watch?time_continue=9&v=wrjbRyoHRVc

 

Açılış mərasimində yerli əhali ilə yanaşı şairin oğlu Hadi Behcət Təbrizi, həmçinin Şərqi Azərbaycan və Ərdəbil əyalətlərindən olan bir çox yazıçı və şair iştirak edib. Mərasimdə Azərbaycanın bir neçə musiqi nümunələri də səsləndirilib.

 

Parsabad bələdiyyə başçısının sözlərinə görə, ucaldılan heykəlin çəkisi 100 kiloqram və hündürlüyü 2.5 metrdir. Onun hazırlanması üçün 37 milyon tümən vəsait xərclənib.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar