SON XƏBƏRLƏR

Patrik Şanahan: “İran provokativ addımlardan əl çəkməlidir”

2021.10.20, 07:36
Patrik Şanahan: “İran provokativ addımlardan əl çəkməlidir”

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatlarının Müdafiə Nazirinin səlahiyyətlərini icra edən Patrik Şanahan ölkəsinin körfəzə təyyarə daşıyan gəmi göndərməsinə münasibət bildirib.

 

Onun sözlərinə görə, bu qərar İranın hərbi təhdidləri səbəbindən qəbul edilib.

 

Patrik Şanahan bu təhdidlərin nədən ibarət olduğunun detallarını açıqlamasa da, rəsmi Tehrandan təxribatçı addımlardan əl çəkməyi tələb edib.

 

“Biz Amerika hərbçilərinə və ya milli mənafeyimizə qarşı baş tutmuş hər bir hücuma görə İranı məsul bilirik”- deyə Şanahan əlavə edib.

 

Amerika Müdafiə Nazirinin səlahiyyətlərini müvəqqəti icra edən Patrik Şanahanın bu açıqlaması rəsmi Vaşinqtonla Tehran arasında yeni ziddiyyətlərin kəskinləşdiyi vaxt verir. Bu gərginlik Amerikanın “USS Abraham Lincoln” təyyarə daşıyan gəmisini və Hərbi Hava Qüvvələrinə məxsus qırıcıları Ərəb dənizi və körfəzə göndərməsi ilə öz kulminasiya nöqtəsinə çatıb.  

 

Məsələyə münasibət bildirən ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton və Dövlət Departamentinin rəhbəri Mayk Pompeo da Abraham Lincoln gəmisinin bölgəyə göndərilməsinin səbəbinin İrana açıq bir mesaj olduğunu bəyan ediblər.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar