SON XƏBƏRLƏR

Apellyasiya Məhkəməsi güneyli fəal barədə yeni qərar çıxarıb

2021.12.14, 13:20
Apellyasiya Məhkəməsi güneyli fəal barədə yeni qərar çıxarıb

Gunaz.tv

Dekabrın 23-də məhkəmədən Vəhid Əbhərinin vəkili Əsgər Məhəmmədiyə verilən məlumatda fəalın 91 günlük həbs və 2 milyon 100 min tümənlik cərimə cəzasının iki il müddətinə təxirə salınması barədə qərar verildiyi bildirilib. 

Bundan öncə Əbhəri “kiber məkanda telekomunikassiya vasitələrindən sistemləri vasitəsi ilə insanları zorakı hərəkətlərə təhrik və dəvət etmək” ittihamına görə məhkum edilib. 

24 iyul Təbrizdə Xuzistan ərəblərinin su qıtlığına qarşı etiraz aksiyalarına dəstək mitinqi ilıə əlaqədar saxlanılan Vəhid Əbhəri öncələrdə təzyiqlərə məruz qalıb.

O, 2016-cı ildə mədəni fəaliyyətlərinə görə təhlükəsizlik məmurları tərəfindən saxlanılaraq 5 gün müddətinə dindirildikdən sonra sərbəst buraxılıb. 

Bununla yanaşı Əbhəri 2017 və 2018-ci illərdə Babək qalasına illik yürüşdə iştirak etdiyi və 2019-cu ildə Qulamrza Amaninin anım mərasiminə qatıldığı üçün saxlanılıb. 

C.E

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar