SON XƏBƏRLƏR

Məhkəmə milli fəal Əmir Səttari barədə yeni qərar çıxardı

2022.02.11, 08:52
Məhkəmə milli fəal Əmir Səttari barədə yeni qərar çıxardı

Gunaz.tv

Qərara əsasən 91 günlük həbs və 4 milyon tümən cərimə ödəməyə məhkum edilib.

Əmir Səttariyə daha öncə həmin məhkəmədə verilən bu hökmün 50 günü 2 il müddətində şərti olaraq dayandırılmışdı.

Bu hökm bir daha nəzərdən keçirilərək həmin qərarın şərti olaraq dayandırılan hissəsi qaldırılıb və milli fəal qeyd olunan həbs cəzasını çəkməyə məhkum edilib.

Təbrizdə yaşayan milli fəal Əmir Səttari daha öncə Təbriz 2-ci Cinayət Məhkəməsinin 111-ci şöbəsi tərəfindən "Kiberməkanda telekommunikasiya sistemləri vasitəsilə insanları zorakı hərəkətlərə təhrik və dəvət etmək" ittihamı ilə günahkar bilinib.

O, 91 gün həbs cəzası və 4 milyon tümən cərimə ödəməyə məhkum edilmişdi ki, verilən bu hökm Apellyasiya Məhkəməsində qüvvədə saxlanılıb.

Əmir Səttari 21 iyul tarixində təhlükəsizlik məmurları tərəfindən saxlanılaraq ETTELAAT-ın təcridxanasına aparılıb.

O, avqustun 11-də Təbrizin mərkəzi zindanına köçürülüb və 15 avqustda girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılıb.

Qeyd edək ki, Ə.Səttari bundan öncədə fəaliyyətlərinə görə saxlanılıb və barəsində qərar çıxarılıb. O, hal-hazırda 3 illik şərti həbs cəzasını çəkir. 

Əmir Səttari 2017-ci ildə saxlanıldıqdan sonra 5 illik həbs cəzasına məhkum edilib.

Səttari 5 illik həbs cəzasının 2 ilini çəkdikdən sonra Məhkəmə Hökmlərinin İcrası İdarəsi onun barəsində yeni qərar çıxarıb.

Qərara görə, onun qalan 3 illik məhkumluğu şərti həbs cəzası ilə əvəzlənib. 

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar