SON XƏBƏRLƏR

Pentaqon rəhbəri Suriyaya əlavə hərbçilərin göndərilməsini istisna etməyib

2021.10.20, 07:36
Pentaqon rəhbəri Suriyaya əlavə hərbçilərin göndərilməsini istisna etməyib

Gunaz.tv

GünAz TV: Pentaqon rəhbəri Mark Esper, ehtiyac yarandığı təqdirdə Suriyaya əlavə qoşun göndərilməsini istisna etməyib.

 

RİA “Novosti”nın yaydığı məlumatda bildirilir ki, Kaliforniyadakı təhlükəsizlik forumunda Esperə “ABŞ Suriyada kifayət qədər gücə sahibdirmi” sualı ünvanlanıb.

“Düşünürəm ki, bəli. Yoxdursa, əlavə qüvvələr göndərəcəyik”deyə, Pentaqon rəhbəri sualı cavablandırıb.

 

Esper tapşırıqların yerinə yetirilməsi üçün mütəmadi olaraq Amerika Birləşmiş Ştatları (ABŞ) Silahlı Qüvvələrinin Baş Qərargah rəisləri və Mərkəzi Komandanlıqla məsləhətləşmələr apardığını da diqqətə çatdırıb. "Report"

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar