SON XƏBƏRLƏR

Pentaqon Yaxın Şərqə 1000 nəfərlik əlavə hərbçi göndərir- İran təhdidlərinə qarşı

2021.10.20, 07:36
Pentaqon Yaxın Şərqə 1000 nəfərlik əlavə hərbçi göndərir- İran təhdidlərinə qarşı

Gunaz.tv

GünAz TV: Pentaqon Yaxın Şərqə İranın təxribatçı əməllərinə cavab vermək üçün əlavə 1000 nəfərlik hərbi kontingent göndərir.

 

Bu barədə məlumat verən ABŞ Müdafiə Nazirinin səlahiyyətlərini icra edən Patrik Şanahan bildirib ki, əlavə qüvvələrin göndərilməsi ilə bağlı müraciət Mərkəzi Komandanlıqdan daxil olub. Bundan sonra Müdafiə Nazirliyi regionda müdafiə qüdrətini gücləndirmək və təhdidlərə adekvat cavab vermək üçün bu müraciətə müsbət cavab verib.

 

Şanahanın sözlərinə görə, İranın son həyata keçirdiyi hücum bir daha Amerikanın iranlı hərbçilər və onlara bağlı şiə yaraqlıların ABŞ maraqları əleyhinə terror hücumları təşkil etməklə bağlı əldə etdiyi etibarlı kəşfiyyat məlumatlarını təsdiq edir.

 

O, bu addımın İranla müharibə başlatmaq üçün deyil, mövcud şəraiti dəyərləndirməklə, ABŞ-ın regiondakı hərbi qüvvələrini və maraqlarını qorumaq üçün atıldığını əlavə edib.

 

Qeyd etmək lazımdır ki, Amerika ötən həftə Oman dənizində iki neft tankerinə qarşı təşkil olunmuş hücumda İranın əli olduğunu bildirir.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar