SON XƏBƏRLƏR

Pərisa Rəfii mülki vəsiqə qarşılığında azadlığa buraxılıb

2021.10.20, 07:36
Pərisa Rəfii mülki vəsiqə qarşılığında azadlığa buraxılıb

Gunaz.tv

GünAz TV: Fevralın 25-də təhsil aldığı Tehran Universitetinin qapısı önündə saxlanılan zəncanlı öyrənci Pərisa Rəfii martın 19-da müvəqqəti olaraq azadlığa buraxılıb.


300 milyon tümənlik mülki vəsiqə qarşılığında sərbəst buraxılan azərbaycanlı öyrənci məhkəmə prosesi başlayanadək azadlıqda olacaq. Yaxınlarının dediyinə görə, o tutulduğu gündən təknəfərlik kamerada saxlanılıb.


Əldə olunan məlumata əsasən, fəalın ailəsinin rəsmi orqanlara ardıcıl müraciəti nəticəsində martın 4-də ona qarşı irəli sürülən ittihamlar açıqlanıb və barəsində müvəqqəti saxlanma qərarı verilib.


O martın 5-də Tehranın millət vəkili Fatimə Səidinin yardımı ilə ailəsi ilə qısa telefon əlaqəsi saxlamışdır.


Fotoqrafiya üzrə təhsil alan Pərisa Rəfii universitetdə mədəni və qanuni fəaliyətlərlə məşğul olub, O Tehran Universitetinin Öyrəncilər Şurasının üzvüdür.


N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar