SON XƏBƏRLƏR

“Perspolis”in reklam banneri endirildi – Xoy şəhərində

2021.10.20, 07:36
“Perspolis”in reklam banneri endirildi – Xoy şəhərində

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Xoy şəhərində Tehranın “Perspolis” komandasının reklam banneri aşağı endirilib.

 

Banner quraşdırıldıqdan bir gün sonra məsulların göstərişi ilə götürülüb. Buna yerli əhali və azərbaycanlı fəalların etiraz etməsi səbəb olub.

 

Xoy şəhərinin mədəni fəalları vurğulayıb ki, tərəfdarları davamlı olaraq Azərbaycan türk millətinə qarşı irqçi hərəkətlərə yol verən, onun ünvanına təhqiramiz şüarlar səsləndirən komanda bu şəhərdə təbliğ oluna bilməz.

 

Xiyabanların birində quraşdırılan banner “Perspolis tərəfdarlığı sim-kartı”nı reklam edirmiş.

 

 

Ötən ay Zəncan şəhərində də “Perspolis” komandasının reklam bilbordları gənclər tərəfindən aşağı endirilmişdir.

 

 

Soydaşlarımız Azərbaycan şəhərlərində fars irqçilərinin dəstəkləri “Perspolis” və “İstiqlal”ın təbliğ olunmasını heç bir şəkildə istəyir.

 

Tehranın “Perspolis” və “İstiqlal” komandaları fars irqçilərinin dəstək verdiyi əsas komandalardır. İranda qeyri-fars millətlərə mənsub gənclər bu komandalara qarşı xüsusi həssaslıq göstərir. Dövlət bütün etirazlara baxmayaraq “Perspolis” və “İstiqlal”ı dəstəkləyir, onlara maliyyə yardımı göstərir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar