SON XƏBƏRLƏR

Perunun keçmiş prezidenti intihar etdi

2021.10.20, 07:36
Perunun keçmiş prezidenti intihar etdi

Gunaz.tv

GünAz TV: Perunun keçmiş prezidenti Alan Qarsia polisin onu nəzarət altına almaq üçün gəlişi ilə özünü güllə ilə vuraraq öldürüb.

 

O, Lima xəstəxanasında cərrahiyyə əməliyyatı zamanı vəfat edib.

 

Qarsiya Braziliyinanın inşaat nəhəngi Odebrecht-dən 2006-2010-cu illər ərzində Limada metro inşaatı zamanı külli miqdarda pul almaqda günahlandırılırdı.

 

1985-1990-cı və 2006-2011-ci illərdə Peruya prezidentlik edən Qarsia günahkar olmadığını iddia edirdi.

 

Oderbrecht-on Latın Amerikası boyunca korrupsioner rəsmilərə 800 milyon dollar həcmində rüşvət verdiyi təxmin olunur.

 

Skandal region boyu bir neçə rəsminin tutulması ilə nəticələnib. Bu sırada sabiq Peru prezidenti Pedro Pablo Kuşunski də var.

 

Ötən həftə hakim Kuşinskiyə 782,000 dollar məbləğində pul ödənişi üzərində gedən təhqiqatla bağlı 10 sutka saxlanmasına göstəriş verib.

Bundan az sonra Kuşinski yüksək qan təzyiqi ilə xəstəxanada yerləşdirilib.

 

Gurultulu çıxışları ilə tanınan 69 yaşlı Qarsianın 1980-ci illərdəki idarəçiliyi hiperinflyasiya və "Parlayan Cığır" adlı terror hərəkatının qızışması ilə yadda qalıb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar