“Peyğəmbəri söymək”də günahlandırılan iki azərbaycanlı edam ediləcək- Hökm təsdiq edildi

2021-07-23 14:49

İranın Ali Məhkəməsi Ərak şəhərinin zindanında saxlanılan, islam peyğəmbərini “söyməkdə” günahlandırılan iki Güney azərbaycanlı məhbus barəsində çıxarılan edam hökmünü təsdiq edib.

Gunaz.tv Quote | Gunaz article

İran İnsan Haqları Təşkilatının verdiyi məlumata görə, Sədullah Fazili “müqəddəsləri təhqir etmək” və “peyğəmbəri söymək” ittihamları ilə 3 dəfə, Yusif Mehrdad isə “peyğmbəri söymək” maddəsi ilə bir dəfə edama məhkum olunublar.

Verilən məlumatda prokurorluğun göstərişi ilə hər iki məhkumun telefon əlaqələrinin kəsildiyi, ailələri ilə danışmaq imkanından məhrum edildiyi bildirilir. Yusif Mehrdad ailəlidir və 3 uşaq atasıdır.

İnsan Haqları Müdafiəsi Təşkilatı iki məhbus barəsində edam hökmünü qeyri-insani adlandırıb,  son günlər Ərak Məhkəmə Sistemi və təhlükəsizlik məmurlarının Yusif Mehrdad və Sədullah Faziliyə qarşı qəddar və təhqiramiz davrandıqlarını bildirib.

Təşkilatın qeydinə görə, Ərak prokurorluğunda Davudi soyadlı prokuror hər iki məhbusa “peyğəmbəri söydüyünüz üçün sizi özüm edam edəcəyəm” deyib.

İnsan Haqları Təşkilatı Ərak məhkəməsi tərəfindən çıxarılan qərarın ölkədə tənqidçiləri susdurmaq, ifadə azadlığını məhdudlaşdırmaq və tənqidçilərin yaşamaq hüquqlarını pozmaq məqsədi daşıdığını bildirib.

İran hökuməti "küfr" və "sab əl-Nabi"(peyqəmbəri söymək) kimi ittihamlarla edam cəzası tətbiq etməsinə baxmayaraq, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt bu pozuntuları ciddi cinayət saymır.

Xatırladaq ki, Ərak Cinayət Məhkəməsinin 1-ci şöbəsi hər iki məhbus barəsində bu ilin aprel ayının 22-də ölüm hökmü çıxarmışdı.

2020-ci ilin may ayının 24-də Ərdəbil əyalətinin Səreyin şəhərində həbs edilən məhkum Yusif Mehrdad barəsində ikinci bir cinayət işi də açılıb.

Bu dəfə o, “sistemə qarşı təbliğat aparmaqda”, “qanunsuz qrup yaratmaqda” və “islam inqilabının banisi Ruhullah Xomeynini və Əli Xamneyini təhqir etməkdə” günahlandırılıb.

Qeyd edək ki, Yusif Mehrdad barəsində “islam peyğəmbərini söymək” ittihamı ilə bağlı edam qərarı çıxarılsa da, bu, onun barəsində həbs olunduğu zaman irəli sürülən ittihamlarla ziddiyyət təşkil edir.

Yusif Mehrdad 2020-ci ilin mayın 24-də Səreyində həbs olunub. Həbsi barədə xəbər 14 iyun 2020-ci ildə Ərdəbil Əyalətinin İslam Keşikçiləri Korpusunun “Həzrət Abbas” briqadasının kəşfiyyat komandiri tərəfindən elan edilib.
 
Briqada komandiri onun “rejimə qarşı təbliğat və silahlı hərəkətə keçmək üçün rejimin müxaliflərini cəlb etməyə çalışdığı”na görə təhlükəsizlik və kəşfiyyat məmurları tərəfindən saxlanıldığını bildirmişdi.

Daxildə və xaricdə fəaliyyət göstərən fars dilli mətbuat isə xəbəri “”Türk Xalq Fədailəri Partizanları”nın əsas rəhbərlərindən biri həbs olundu” yayınlamışdılar.
 
İran məhkəmə sistemi bir çox hallarda siyasi məhkumları “islam peyğəmbərini və islam müqəddəslərini təhqir etmək” kimi qondarma ittihamlarla uzun müddətli həbslərə və edama məhkum edir.

Bu, onların siyasi baxışlarını və müxalifətçi mövqeləri kölgəyə salmaq, cəmiyyət qarşısında siyasi məhbusların və müxalifətçilərin barələrində çıxarılan edam hökmlərinə bəraət qazandırmaq üçün edilir.
 
Xüsusilə Güney Azərbaycan Milli Hərəkatına mənsub şəxslər barəsində uzun müddətli həbs və edam hökmü verməkdən çəkinən Tehran rejimi bunu “islam müqəddəslərini təhqir etmək”, “xarici ölkələrin kəşfiyyatı ilə əməkdaşlıq” və başqa bu kimi absurd ittihamlar adı altında həyata keçirmək istəyir.
 
İranın rəsmi mediası və xaricdə fəaliyyət göstərən farsdilli mətbuat Azərbaycan Milli Hərəkatına qısqanc mövqedən yanaşdıqlarına görə, bu məzmunlu xəbərləri İran məhkəmə sisteminin verdiyi rəsmi açıqlamalara uyğun yayınlayır.
 
Beynəlxalq Əfv Təşkilatının yayınladığı son hesabatda bildirilir ki, 2020-ci ildə İranda ən azı 246 nəfər edam olunub.

Edamların dəqiq sayı bilinməyən Çin Xalq Respublikası nəzərə alınmasa İran dünyada edam sayına görə birinci yerdədir.
 
İranda edam olunanların dəqiq sayı mətbuatda açıqlanmır. Bir sıra edamlar gizli şəkildə həyata keçirilir və bu barədə edam olunan şəxslərin ailələri məlumata verməmələri üçün təhdid olunur.
 
İnsan haqları təşkilatları rəsmi şəkildə və mətbuatda açıqlanmayan edamlara gizli edam adı veriblər. Beynəlxalq təşkilatlara görə, İran hökuməti gizli edamların sayına görə də dünyada ilk yerdədir.

C.E


Mövzu ilə bağlı digər xəbərləri buradan oxu bilərsiniz:

İran hökuməti “Türk Xalq Fədaisi” adı ilə saxlanılan güneyli fəalı “peyğəmbəri təhqir etmək” ittihamı ilə edam etmək istəyir

İranda “islam peyğəmbərini söymək”də günahlandırılan 2 məhkuma ölüm hökmü çıxarılıb
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Şərqi Azərbaycanın Heris mahalında məktəb binaları çatışmır

2021-09-18

gun az article

Azərbaycan idmançılarından böyük uğur: Komanda İran çempionatında birinci oldu

2021-09-18

gun az article

Güneyli sənətçi koronavirusdan vəfat etdi

2021-09-18

gun az article

Qəzvin bağlarında yanğın baş verib

2021-09-18

gun az article

İranın Ermənistana dəstəyinə etiraz edən 12 güneyli fəal məhkəməyə çağrılıb

2021-09-17

gun az article

İranda bu günə qədər "korona"dan 116 min 436 ölüb -RƏSMİ RƏQƏMLƏR

2021-09-17

gun az article

Ərdəbildə istehsalatda ölüm halları artıb: Son aylarda yüzlərlə işçi yaralanıb

2021-09-17

gun az article

Qarabağa gedən yük maşınlarına icazə kağızı verən ETTELAAT məmurudur

2021-09-17

gun az article

Qaşqay türklərinin tanınmış şairi vəfat edib

2021-09-17

gun az article

Zənganda içməli su qıtlığı: Kəndlər susuz qalıb

2021-09-17

gun az article

İranın şimal-qərbində terrorçu qrup zərərsizləşdirilib- Dövlət Sərhəd Xidməti

2021-09-17

gun az article

Həmədanın məşhur Ağ gölü quruyub

2021-09-17

gun az article

Zənganda tarixi əşya qaçaqmalçıları saxlanılıb

2021-09-17

gun az article

Zənganda 1000-dən çox layihənin icrası yarımçıq qalıb

2021-09-17

gun az article

Məlikanda çörək bahalaşdı

2021-09-17

gun az article

Şərqi Azərbaycanda savadlılıq səviyyəsi aşağı düşüb

2021-09-17

gun az article

Vərziğanda etiraz aksiyası: Kəndlilər yolu bağladı

2021-09-16

gun az article

Həmədanda tarixi abidə dağılmaq üzrədir

2021-09-16

gun az article

Qəzvin şəhərinin meri vəzifəsinə SEPAH komandiri gətirildi

2021-09-16

gun az article

Qərbi Azərbaycan əyalətində təhsil işçiləri çatışmır

2021-09-16