PKK-nın İran qolu Qərbi Azərbaycanda keçiriləcək seçkilərlə bağlı bəyanat yayıb

2021-05-15 14:10

PKK terror təşkilatının İran qolu olan PJAK silahlı qruplaşması İrandakı prezident seçkilərini boykot edib.

Gunaz.tv Quote | Gunaz article

Qurum prezident seçkilərini qeyri-qanuni və qeyri-demokratik adlandırıb.  Ancaq kürdləri şəhər şuraları seçkilərində iştirak etməyə dəvət edib.

“İnsanlar şuralarda fürsətlər yaratmalı və rejimin əlini bu qurumlardan kəsməlidirlər”-deyə, təşkilatın yaydığı bəyanatda qeyd olunub.

Bundan öncə kürd silahlı qruplaşmaları İran parlamentinə keçirilən seçkiləridə boykot etmişdilər. Ancaq onlar əllərində olan geniş media resurslarından istifadə edərək Qərbi Azərbaycan əyalətində yaşayan mühacir kürdləri şəhər şuralarına keçirilən seçkilərdə iştirak etməyə və kürd namizədlərə səs verməyə çağırmışdılar.

Onlar bu vasitə ilə əyalətdə yaşayan mühacir kürdlərin namizədlərinə yeni fəaliyyət imkanları yaradaraq Azərbaycan torpaqlarına olan iddialarını legitimləşdirməyə çalışırlar.

Onlar davamlı olaraq başqa bölgələrdə yaşayan kürdləri Urmu, Sayınqala, Sulduz və Tikantəpə şəhərlərinə axışaraq kürd namizədləri dəstəkləməyə çağırırdılar.

Qeyd edək ki, Güney Azərbaycan əhalisi uzun illərdir ki, rejimin təşkil etdiyi seçkilərə əhəmiyyət vermir. Azərbaycan əyalətlərində seçici aktivliyi vaxt keçdikcə daha da azalır.

Güney Azərbaycan təşkilatlarının da mövqeyi birmənalı olaraq seçkiləri boykot etməkdən ibarət olub və hər seçki dövrü bunu bəyan ediblər.

Ancaq radikal kürd təşkilatlarının Qərbi Azərbaycana qarşı torpaq iddiaları və niyyətlərini həyata keçirmək üçün əyalətdə keçirilən şəhər şurası seçkilərində mühacir namizədlərinin seçdirilməsinə çalışmaları durumu mürəkkəbləşdirib.

Seçkiləri boykot edən Azərbaycan təşkilatları və ziyalıları da kürdlərin çurkin niyyətlərinin qarşısını almaq üçün Qərbi Azərbaycan əyalətində əhalini şəhər şuraları seçkilərində iştirak etməyə və türk namizədləri dəstəkləməyə çağırmağa məcbur olublar.

C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Aclıq aksiyası Evin həbsxanasına sıçradı- Daha üç Güney azərbaycanlı məhbus aksiyaya qoşulur

2021-06-13

gun az article

Türk siyasi məhbusların həyatı təhlükədədir-Təbrizdə siyasi məhbuslara dəstək dalğası böyüyür-YENİ FOTOLAR

2021-06-13

gun az article

Ərdəbil həbsxanasında aclıq aksiyası keçirən məhbuslar karantin bölməsinə köçürülüb

2021-06-13

gun az article

Türkiyənin İYİ Partiyasından Abbas Lisaniyə dəstək mesajı

2021-06-13

gun az article

BMT-nin Baş Katibi və Ali Komissarlığının illik hesabatında Abbas Lisaninin durumuna toxunulub

2021-06-13

gun az article

Siyasi məhbusların şəkilləri Təbriz küçələrinə vuruldu - FOTOLAR

2021-06-13

gun az article

İnsan Haqları Cəmiyyəti Abbas Lisani ilə bağlı açıqlama yaydı: "Təcili mücalicə olunmalıdır"-VİDEO

2021-06-13

gun az article

Abbas Lisanidən həbsxana rəhbərliyinə xəbərdarlıq: "Siyasi məhbuslara zülm dayandırılmasa sonadək savaşacam"

2021-06-13

gun az article

Güney Azərbaycanda Abbas Lisaniyə möhtəşəm dəstək aksiyası: Təbrizin küçə və meydanlarına şüarlar yazıldı

2021-06-13

gun az article

Makıda şəhər şurasının üzvü həbs edilib

2021-06-13

gun az article

Ərdəbildə İbrahim Rəisiyə ittiham: “Xalqın hüquqdan danışmasın!”-FOTO

2021-06-13

gun az article

Güneyli məhbusların aksiyası genişlənir- Daha üç məhbus aclığa qoşuldu

2021-06-13

gun az article

Təbrizdə iki mədəni fəal həbsxanaya aparılıb

2021-06-12

gun az article

Keçmiş siyasi məhbuslardan Abbas Lisaniyə dəstək

2021-06-12

gun az article

Təbrizdə Abbas Lisaniyə dəstək verilib-FOTO

2021-06-12

gun az article

Abbas Lisaniyə dəstək aksiyası davam edir

2021-06-12

gun az article

Rəşt şəhərində türklərə məxsus yer adları dəyişdirilir-VİDEO

2021-06-12

gun az article

Zənganın ölümə aparan yolları: Ən azı 1600 kilometr yol təmir edilməlidir

2021-06-12

gun az article

Günaz.TV-nin rəhbəri İraq kürdlərinin Urmu seçkilərindəki müdaxiləsinə münasibət bildirib-VİDEO

2021-06-12

gun az article

Abbas Lisaninin başladığı aksiya genişlənir: Siyasi məhbus Yusif Kari də aclığa qoşuldu

2021-06-12