SON XƏBƏRLƏR

PKK-nın qürubu başlayır

2021.10.20, 07:36
PKK-nın qürubu başlayır

Gunaz.tv
PKK-nın qürubu başlayır pkk02.jpg Türkiyə Silahlı Qüvvələrinin terrorçu PKK əleyhinə hərbi əməliyyat keçirdiyi, PKK terrorçularının Ermənistanda, o cümlədən işğal altındakı Azərbaycan ərazilərində məskunlaşması ilə xəbərlərin gündəmdə olduğu dövrdə ABŞ terrorçu PKK-nı narkotik maddələrin qaçaqmalçılığı (narkotrafik) ilə məşğul olan təşkilatlar siyahısına salıb. Ermənistanın işğalı altındakı Azərbaycan ərazilərinin erməni terror təşkilatları, o cümlədən PKK kimi terror təşkilatları üçün münbit əraziyə, narkotika marşrutuna çevrildiyi haqqında informasiyalar zaman-zaman mətbuat səhifələrinə çıxır. Tural Rasimoğlu İki gün öncə isə Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim Azərbaycana PKK təhlükəsilə bağlı həyəcanlı bayanat səsləndirib. Politoloq Qabil Hüseynli ABŞ-ın terrorçu təşkilata qarşı yeni informasiya kampaniyasına başlamasını təsadüfi saymır. Ekspert bu terror təşkilatının artıq Azərbaycan üçün də başağrısına çevrildiyini vurğuladı: "ABŞ bu aktı qəbul etməklə Türkiyə ilə birgə PKK-ya qarşı ortaq mübarizədə yeni addım atıb. Bundan əvvəl ABŞ Şimali İraqın hava sərhəddini Türkiyə qırıcıları üçün açıb, bu ölkənin ordusunun Şimali İraq ərazilərinə daxil olmasına bir növ izn vermişdi. Bunun ardınca da Türkiyənin İraqın şimalındakı Qəndil dağındakı yerləşən PKK-nın düşərgələrinə həm qırıcılar "nöqtə" zərbələri endirib, həm də quru qoşunlarının hücumu olub. Son vaxtlar bu əməliyyatlar ardıcıl davam etdirilir, artıq PKK dağılma nöqtəsinə gəlib çatıb. Hətta terrorçuların rəhbərliyində çəkişmələr, silahlı qarşıdurmaların olduğu haqqında məlumatlar yayılır. Dağılmaqda olan PKK-çıların bir qismi Şimali İraq ərazilərində tərksilah olunaraq yaxalanır, izlənir, siyasi qanadı daha çox Avropaya mühacirət edir, digər bir qismi isə Ermənistanın dəstəyilə Qarabağ ərazilərində məskunlaşdırılır". İşğal olunmuş ərazilərimizdə PKK-nın təlim düşərgələrinin yaradılması haqqında kifayət qədər məlumatların olduğunu deyən ekspert rusların da köməyi ilə bu işin intensivləşdirildiyini vurğuladı: "Belə bir dövrdə PKK-nın Avropadakı və eləcə də dünyanın başqa nöqtələrindəki maliyyə qaynaqlarının bağlanması haqqında ABŞ-ın qərarı prinsipial əhəmiyyətə malikdir. Çünki PKK İraq və Türkiyə üzərindən Avropaya aparılan narkotrafikin böyük bir hissəsinə nəzarət edir, silah qaçaqmalçılığının mühüm bir hissəsi bu təşkilatın əlindədir. Hətta Türkiyə ilə İraqdakı kürd əsilli iş adamlarından böyük xərac toplayır. Nəticədə PKK böyük vəsaitlər əldə edir ki, bu vəsaitləri də Avropadakı banklara yatırır, müxtəlif biznes və kommersiya fəaliyyəti həyata keçirir. PKK-nın nəzarət etdiyi sərmayənin həcmi iki milyard dollara çatır. Bu mənada PKK-ya hərbi zərbələr endirilməsi bu işin sonu demək deyil. Ən başlıca məsələ terror təşkilatının maliyyə qaynaqlarından məhrum edilməsidir. Təəssüf ki, Avropanın bəzi ölkələri PKK-ya qarşı ABŞ kimi prinsipial mövqedə dayanmır və onu terrorçu qruplaşma kimi tanımır. Amma bu qərardan sonra yəqin ki, ABŞ şirkətləri və Avropada fəaliyyət göstərən şirkətlər PKK mənşəli sərmayədən və yaxud da bu təşkilatın ortaq olduğu şirkətlərdən üz döndərəcəklər". PKK-nın "Əl-Qaidə" ilə əlaqələrinin olmasının təsdiqləndiyini xatırladan Qabil Hüseynli beynəlxalq terrorizmin ayrı-ayrı strukturlarıyla PKK-nın əlaqələri haqqında məlumatların artdığını bildirdi: "Beynəlxalq terrorizmi "bir nömrəli düşməni" elan edən ABŞ terrorizmin PKK qanadına qarşı mübarizə aparır, həm də dövlət təhlükəsizliyinə xidmət edən tədbirləri həyata keçirir. Son vaxtlar Türkiyə ilə ABŞ arasında strateji iş birliyi xeyli dərinləşib. Türkiyənin baş naziri və prezidentinin ABŞ-a rəsmi səfərlərindən sonra Vaşinqton PKK ilə mübarizə məsələsində Türkiyəyə təcili yardım göstərməyə başlayıb. Məsələn, PKK-nın hərəkətləri barədə bütün kəşfiyyat materialları ABŞ-ın süni peykləri, pilotsuz kəşfiyyat təyyarələri vasitəsilə əldə edilir və bu məlumatlar Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahına verilir. ABŞ yaxşı başa düşür ki, İraqdakı problemləri həll etmək üçün Türkiyənin dəstəyinə böyük ehtiyacı var". xalqcebhesi qezeti

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar