SON XƏBƏRLƏR

Polis etirazlar zamanı Təbrizdə 70 nəfərin saxlandığı barədə rəsmi məlumat yayıb- VİDEO

2021.10.20, 07:36
Polis etirazlar zamanı Təbrizdə 70 nəfərin saxlandığı barədə rəsmi məlumat yayıb- VİDEO

Gunaz.tv

GünAz TV: Şərqi Azərbaycan əyalətinin polis rəisi Hüseyn Əbdi ölkədə benzinin bahalaşmasına qarşı keçirilmiş etirazlar zamanı Təbrizdə 70 nəfərin saxlandığını deyib.

 

O, saxlanılanları “ictimai asayişi pozanlar və iğtişaşçılar” adlandırmaqla, onları “dövlət və şəxsi mülkləri dağıtmaqda, eləcə də bankları yandırmaqda” ittiham edib.

 

“Təxirəsalınmaz istintaq-axtarış tədbirləri nəticəsində etirazı planlaşdıranların liderləri və aksiyalarda fəallıq göstərən şəxslər olan 48 nəfər, eləcə də dövlət və şəxsi mülkləri yandıran digər 22 nəfər keçirilmiş ayrı-ayrı əməliyyatlar nəticəsində saxlanılıb”, - deyə Hüseyn Əbdi əlavə edib.

 

Xatırladaq ki, ötən həftə “Sepah” terror təşkilatının “Aşura” batalyonun komandanı etirazlar zamanı Təbriz şəhərində 30 nəfərin saxlandığını bildirmişdi. O da həbslərin davam edəcəyini vurğulayaraq, etirazçı xalqı İranın digər rəsmiləri kimi “iğtişaşçı” adlandırmışdı.

 

Keçən həftə İran Milli Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri Hüseyn Təqəvi Hüseyni ETTELAAT Nazirliyində olan mənbəyə istinadən saxlanılanların çoxunun “işsiz və ya az gəlirli işdə işləyən, eləcə də savadsız insanlar” olduğunu demişdi.

 

Ötən günlər ərzində İran polisinin, təhlükəsizlik orqanları əməkdaşlarının və mülki geyimlilərinin xalqın haqlı etirazını “iğtişaş” formasında təqdim etmək üçün bankları, eləcə də dövlət və şəxsi mülkləri yandırdığı, şəxsi maşınları və mülkləri dağıtdığını əks etdirən videolar yayılıb. Ölkənin hər yerində insanlar bildirirlər ki, bu cür addımlara əl atan təhlükəsizlik qüvvələri olub, xalq deyil.

 

Etirazların geniş miqyaslı olması, habelə saxlanılanlardan çoxunun şəxsiyyətinin müəyyən olmaması kimi səbəblərə görə, hələ ki, Güney Azərbaycanda tutulanların sayı barədə dəqiq məlumat yoxdur. İran rəsmiləri isə ara-sıra bu xüsusda ziddiyyətli rəqəmlər yayırlar.

 

 

Ötən günlər ərzində internetin ölkədə tədrici bərpası nəticəsində Zəncan, Urmiya, Təbriz, Xiyov, Ərdəbil, Qoşaçay və Tehran kimi bölgələrdə saxlanılan güney azərbaycanlı fəallardan 30 nəfərinin adını dəqiqləşdirmək mümkün olsa da, onların harada və necə saxlandıqları barədə heç bir məlumat əldə etmək mümkün olmayıb.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar