SON XƏBƏRLƏR

Polis İdarəsinin kəşfiyyat bölümünə çağırılan güney azərbaycanlı fəal dindirilərək təhdid edilib

2021.10.20, 07:36
Polis İdarəsinin kəşfiyyat bölümünə çağırılan güney azərbaycanlı fəal dindirilərək təhdid edilib

Gunaz.tv

GünAz TV: Ərdəbildə güney azərbaycanlı milli-mədəni fəal və şair Mehdi Hamid Soltani Polis İdarəsinin kəşfiyyat bölümündə dindirilərək təhdid edilib.

 

Məlumata görə, yanvarın 11-də azərbaycanlı fəal mağazasının “lisenziya problemi” bəhanəsi ilə İctimai Məkanlara Nəzarət İdarəsinə (“Əmakin”) çağırılıb. O idarəyə müraciət etdikdən sonra kabinetlərdən birinə aparılıb və orada Polis İdarəsinin kəşfiyyat əməkdaşları tərəfindən sorğu-suala tutulub.

 

Əldə olunan informasiyaya əsasən Mehdi Hamid Soltaniyə mədəni fəaliyyəti və yazdığı şüarlar barədə suallar verilib. 2 saat sorğu-suala tutulan azərbaycanlı şair mədəni fəaliyyətləri ilə əlaqədar təhdid olunub.

 

Son vaxtlar İranda güney azərbaycanlı milli-mədəni fəallara qarşı təzyiqlər artıb. Şübhəsiz ki, bu vəziyyət ölkədə iqtisadi və siyasi vəziyyətin ağır olduğunu və rejimin müxalif qüvvələrdən vahiməyə düşməsini göstərir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar