SON XƏBƏRLƏR

Polşa ABŞ-a razılıq verdi

2021.10.20, 07:36
Polşa ABŞ-a razılıq verdi

Gunaz.tv
Polşa ABŞ-a razılıq verdi abs1.jpg Ölkə ərazisində Amerikanın antiraket sistemlərinin yerləşdirilməsi barədə razılıq əldə olunub Vaşinqton və Varşava Polşa ərazisində ABŞ-ın antiraket sistemlərinin yerləşdirilməsi barədə ilkin razılıq əldə ediblər. APA-nın məlumatına görə, bu barədə Polşanın “TVN 24" telekanalı xəbər yayıb. Iki ölkə arasında aparılan danışıqlarda Polşa nümayəndə heyətinə rəhbərlik edən xarici işlər nazirinin müavini Vitold Vaşşikovski nəticələr barədə nazir Radoslav Sikorski və baş nazir Donald Tuska məruzə etdiyini söyləyib. Yekun qərarı məhz baş nazir verəcək. Qeyd edək ki, iyulun 8-9-da ABŞ dövlət katibi Kondaliza Rays Polşa və Çexiyaya səfər edəcək. O, əvvəlcə Çexiyaya gedəcək və həmkarı Karel Şvartsenberqlə bu ölkə ərazisində ABŞ radar sisteminin yerləşdirilməsi barədə müqavilə imzalayacaq. Iyulun 9-da isə K.Rays Polşada olacaq və bu ölkə ərazisində ABŞ antiraket sistemlərinin yerləşdirilməsi barədə razılığa gəlindiyini rəsmən açıqlayacaq. azadliq

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar