SON XƏBƏRLƏR

Polşada Amerika hərbi bazası yerləşdirilə bilər

2021.10.20, 07:36
Polşada Amerika hərbi bazası yerləşdirilə bilər

Gunaz.tv

GünAz TV: Polşa (Ləhistan) hökuməti ölkənin şərqində Amerika Birləşmiş Ştatları (ABŞ) hərbi bazasının yerləşdirlməsi məsələsini araşdırır.

 

TASS-ın yaydığı məlumata görə, bunu RMF FM-ə müsahibəsində Polşanın Baş naziri dəftərxanasının rəhbəri Mixal Dvorçik deyib.

 

O bildirib ki, belə bir addım bütün regionun təhlükəsizliyi baxımından böyük hadisə olardı. Onun sözlərinə görə, hökumət ABŞ bazasını ölkənin şərq, yaxud şimal-şərq bölgəsində yerləşdirməyə tərəfdardır.

 

Qeyd edək ki, Polşa ərazisində ABŞ hərbi bazasının yaradılması bu ayın 18-də iki ölkə prezidentləri Anjey Duda və Donald Tramp arasında Vaşinqtonda keçirilən görüşün əsas mövzusu olub. "Report"

 

N.S

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar