SON XƏBƏRLƏR

Pompeo, Amerikanın İrana qarşı tətbiq etdiyi sanksiyaların dettalarını açıqlayıb

2021.10.20, 07:36
Pompeo, Amerikanın İrana qarşı tətbiq etdiyi sanksiyaların dettalarını açıqlayıb

Gunaz.tv

 GünAzTV: ABŞ dövlət katibi Mayk Pompeo noyabrın 5-də jurnalistlərə açıqlamasında Amerikanın İrana qarşı tətbiq etdiyi geniş miqyaslı sanksiyaların detallarını açıqlayıb.

 

Pompeo bildirib ki, yeni sanksiyalarda İranın neft sənayesi, bank və maliyyə sistemi, onlarla  bank, sığorta şirkətləri, neft və qaz, eləcə də neft-kimiya şirkətləri, həmçinin gəmiçilik və aviasiya şirkətləri və İran avisiyas;na məxsus çoxlu sayda təyyarə hədəfə alınıb: “Hesab edirik ki, İran hakimiyyəti öz mövqeyini 180 dərəcə dəyişib adi bir ölkə kimi rəftar etməlidir. Şübhə yoxdur ki, hazırkı sanksiyalar, dünyada terrorizmin ən böyük himayədarı olan İran iqtisadiyyatının çöküşünü daha da sürətləndirəcək.

 

Sanksiyaların yeni mərhələsində İranın 50-dən çox bankına və onların tabeliyində fəaliyyət göstərən qurumlara, ölkənin gəmiçilik və enerji sektoruna, 200-dən çox fiziki şəxsə, onlarla yük gəmisinə, İran Milli Aviasiya Şirkətinə və onun 67 təyyarəsinə sanksiya qoyulub”.

 

Pompeo həmin gün “Twitter” səhifəsində paylaşdığı bir postda bildirib ki, İran rejiminin ölkə əhalisi arasında apardığı yalan təbliğatına baxmayaraq, Amerikanın İrana qarşı tətbiqinə başladığı sanksiyalar, İrana qida və kənd təsərrüfatı məhsullarının satışına, eləcə də dava-dərman və tibbi avadanlıq məhsullarının ixracına şamil edilməyəcək.

 

 

Xatırladaq ki, noyabrın 5-dən başlayaraq Amerikanın İrana qarşı sanksiyalarının, o cümlədən də İran neftinin satışına qadağaların icrasına başlanılıb.

 

Yeni sanksiyalarla bağlı noyabrın 2-də jurnalistlərə amçıqlama verən ABŞ maliyyə naziri Stiven Mnuçin bildirib ki, sanksiyaların yeni mərhələsində 700-dən çox fiziki və hüquqi şəxsin adları, Amerikanın İrana qarşı sanksiyalar siyahısına salınıb.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar