SON XƏBƏRLƏR

Pompeo: “Amerikanın Suriyadan çıxması, bizim İranın regiona nüfuzunun qarşısını almaq barədə üzərimizə götürdüyümüz öhdəliyə təsir etməyəcək”

2021.10.20, 07:36
Pompeo: “Amerikanın Suriyadan çıxması, bizim İranın regiona nüfuzunun qarşısını almaq barədə üzərimizə götürdüyümüz öhdəliyə təsir etməyəcək”

Gunaz.tv

GünAzTV: ABŞ dövlət katibi Mayk Pompeo yanvarın 7-də CNBC telekanalına açıqlamasında Amerika hərbi qüvvələrinin Suriyadan çıxarılması və Vaşinqtonun İranla İŞİD terror qruplaşması ilə bağlı üzərinə götürdüyü öhdəliklərdən, eləcə də İrana qarşı formalaşmaqda olan regional koalisiyadan danışıb.

 

Bölgənin 8 ərəb ölkəsinə səfəri ərəfəsində jurnalistlərə açıqlama verən Pompeo bildirib ki, Amerika hərbi qüvvələrinin Suriyadan çıxarılması planı, taktiki bir dəyişiklikdir: “Bu bizim terrorçu İŞİD qruplaşmasını məhv etmək və İranın regiona nüfuzunun qarşısını almaq üçün üzərimizə götürdüyümüz öhdəlikdə bir dəyişiklik yox, taktiki bir dəyişiklikdir. Bir sözlə, hərbi qüvvələrimizin Suriyadan çıxması bizim üzərimizə götürdüyümüz öhdəliklərə təsir etməyəcək”.

 

Pompeo, həmçinin bölgəyə səfəri zamanı İrana və İŞİD-ə qarşı  regional bir koalisiyanın yaranacağını da bəyan edib: “Bu elə bir koalisiyadır ki, ən böyük təhdidlərin terrorizm və İran İslam Respublikası olduğunu yaxşı bilir. Bu təhdidlərin qarşısını isə hesab edirəm ki, biz birlikdə almalıyıq”.

 

ABŞ Dövlət Departamıntinin yanvarın 7-də yaydığı bəyanatında bildirilir ki, Pompeo bölgəyə səfərində İordaniya, Misir, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Səudiyyə Ərəbistanı, Oman və Küveytin rəhbərləri ilə görüşərək həmin mövzular və bir sıra digər regional məsələlər barədə danışıqlar aparacaq.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar