SON XƏBƏRLƏR

Pompeo: “Bu gün İran, Venesuella və Hong Kong əhalisinin azadlıq uğrunda mübarizəsinin şahidiyik”

2021.10.20, 07:36
Pompeo: “Bu gün İran, Venesuella və Hong Kong əhalisinin azadlıq uğrunda mübarizəsinin şahidiyik”

Gunaz.tv

GünazTV: ABŞ-ın dövlət katibi Mayk Pompeo noyabrın 15-də Texas Ştatının Hyuston şəhərinin Rays Universitetində çıxış edərək İran, Venesuella və Hong Kong əhalisinin azadlıq uğrunda apardığı mübarizəsindən danışıb.

 

Pompeo deyib ki, azadlıq və ona yiyələnmək ilahi bir nemətdir və bütün insnlar, o cümlədən İran, Venesuella və Hong Kong xalqları azad yaşamaq hüququna malik olmalıdırlar: “Bu gün İran, Venesuella və Hong Kong əhalisinin azadlıq uğrunda apardığı mübarizəsinin şahidiyik. Azadlıq gücünə yiyələnmək ilahi bir nemətdir. Bəşəriyyətin azadlığa ehtiyacı təbii bir istəkdir və bu istəyə heç vaxt göz yummaq olmaz.

 

Biz insanlar azad yaşamaq hüququna malikik. Bu gün isə biz İran İslam Respublikası, Venesuella və Hong Kong vətəndaşlarının azadlıq uğrunda döyüşdüyünü görür və bunu yüksək qiymətləndiririk” –deyə, ABŞ-ın dövlət katibi Mayk Pompeo əlavə edib. 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar