SON XƏBƏRLƏR

Pompeo: “Çalışacağıq ki, sanksiyalar İranın adi vətəndaşlarına ziyan vurmasın”

2021.10.20, 07:36
Pompeo: “Çalışacağıq ki, sanksiyalar İranın adi vətəndaşlarına ziyan vurmasın”

Gunaz.tv

GünazTV: ABŞ dövlət katibi Mayk Pompeo fevralın 22-də Dövlət Departamentinin “Twitter” səhifəsində yaydığı bir video-çarxda bir iran vətəndaşının Vaşinqtonun islam respublikasına qarşı mövqeyi ilə bağlı verdiyi sualını cavablandırıb.

 

Pompeo, İran vətəndaşının ona verdiyi “Amerika nə üçün insan hüquqlarının kobud şəkildə pozulmasında əli olan İran hakimiyyətinin bəzi qurumlarına, o cümlədən də “Sepah”a, ETTELAAT-a və Dövlət Tele-Radio şirkətinə sanksiya qoymur” sualını belə cavablandırıb: “Birincisi onu deyim ki, öz xalqının insani hüquqlarını qorumağa borclu olanlar islam respublikasının rəhbərləridir. Lakin buna baxmayaraq, İran rəhbərlərinin öz vətəndaşlarının hüquqlarını qorumaması şəxsən məni və yüz milyonlarla amerikalını narahat edir.

 

Hesab edirəm ki, Amerika Birləşmiş Ştatları bu günə qədər İranın 140 qurumuna və şəxsinə sanksiya qoymaqla bu xüsusda öz borcunu yerinə yetirib. Biz, sanksiyaları elə bir formada tətbiq etməyə çalışacağıq ki, qadağalar İranın adi vətəndaşlarına ziyan vurmasın. Əslində isə, Amerika bu sanksiyaları tətbiq etməklə, son 40 ildə İranı məğlubiyyətə doğru sürükləmiş islam respublikasının rəhbərlərini cəzalandırmaq niyyətindədir.

 

Biz, əvvəldə olduğu kimi yenə də, ölkənizdə korrupsiyanın (fəsadın) hakim olmasına və həyat şəraitinizin pisləşməsinə səbəb olan, qanunu pozan şəxslərin və təşkilatların kimliyini müəyyənləşdirməklə bağlı fəaliyyətimizi davam etdirəcəyik. Biz, bunun gerçəkləşdirilməsi üçün bir yol tapacağımız zaman, ABŞ, İranın daxilində sanksiyalar və insan hüquqları ilə bağlı digər məsələlər barədə İran milləti ilə əməkdaşlıq etməyə hazırdır” – deyə Pompeo əlavə edib.

 

A.M 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar