Pompeo: “Co Bayden İrandakı terrorçularla sövdələşmək istəyir”

2021-06-24 13:00

ABŞ-ın keçmiş dövlət katibi Mayk Pompeo iyunun 22-də “The Wall Street Journal” qəzetində dərc etdirdiyi bir məqalədə Co Bayden hökumətinə İranla müxtəlif sahələrdə sövdələşməsi barədə xəbərdarlıq edib.

Gunaz.tv Quote | Gunaz article

İranın Səudiyyə Krallığında dəstəklədiyi terrorçu qruplaşmanın Xobər qüllələrinə qarşı gerçəkləşdirdiyi intiharçı hücumun 25-ci ildönümündə dərc edilən məqalədə bildirilir ki, Bayden hökuməti Tehrana hakim terrorçulara imtiyaz verməməli, onlarla sövdələşməməlidir.


“Bu bombalı hücumun ildönümü bir daha bizə xatırladır ki, əgər tam gücümüzlə hərəkət etməsək, İran hökuməti bizim zəif cəhətlərimizi taparaq ona zərbə vuracaq və bu bədxah rejimin apardığı dağıdıcı fəaliyyətləri Amerika üçün çox baha başa gələcək. Elə buna görə də hesab edirəm ki, biz o günü unutmamalı və İranın terrorçu rəhbərləri ilə heç vaxt sözdələşməyə girməməliyik.


1979-cu ildə hakimiyyəti zorla ələ keçirən İran İslam Respublikası rejimi amerikalıları öldürmək və ya onları iflic etmək üçün hər gün planlar qurur və terrorçu əməliyyatları həyata keçirmək üçün də özünün təmsilçi qüvvələrindən istifadə edir. İran təmsilçi qüvvələrdən faydalanmaqla həm də özünün beynəlxalq terrorizmlə olan əlaqələrini gizlətməyə, inkar etməyə çalışır. 


Obama hökuməti 2015-ci ildə sadəlövhcəsinə Tehranla nüvə sazişini imzalamaqla İranı regionda daha abırlı və təmkinli davranmağa təşviq etməyə çalışdı. Daha doğrusu, belə bir yanlış siyasətin arxasındakı düşüncə tərzi, Qərbin İranla ticari əməkdaşlığını təmin etmək üçün bu qanunsuz rejimi Orta Şərqdə konstruktiv bir oyunçuya çevirməyə çalışırdı. Halbuki məsələ tam əksinə oldu və İran rejimi sanksiyaların aradan qaldırılmasından sonra yaranmış iqtisadi fürsətdən sui-istifadə edərək, özünün bütün regionundakı yarı-hərbi şiə təmsilçi qüvvələrinin büdcəsini təmin etməyə çalışdı.


Hazırda isə Bayden hökuməti dünyada terrorizmin ən böyük himayədarı olan İran rejimini gücləndirmək ərəfəsindədir. Bayden hökuməti sanksiyaları ləğv etmək və nüvə sazişini canlandırmaq niyyətindədir. Bu isə İrandakı “ayətullahlara” bu imkanı verir ki, Xobər qüllələrinə hücuma bənzər digər terror əməliyyatlarını asanlıqla həyata keçirsinlər. 


Təəssüflər olsun ki, Bayden və onun hökuməti Tehran rejiminin son 40 ildəki rəftar və davranışından dərs almayıb. Əgər ABŞ prezidenti və onun həmkarları bunu dərk edə bilməsələr və nüvə razılaşmasına qoşulsalar, demək ki, bir neç onillikdir amerikalıları öldürmək məqsədilə Tehranda aparılan kampaniyanın motorunu yenidən yandırmış olacaqlar. Vəziyyət belə davam edərsə, Amerika Birləşmiş Ştatları bu kimi qantökmələrin yenidən başlanması təhlükəsi ilə üz-üzə qalacaq”, -deyə ABŞ-ın keçmiş dövlət katibi Mayk Pompeo “The Wall Street Journal” qəzetində dərc etdirdiyi məqaləsində bildirib.


Qeyd edək ki, İranın Səudiyyə Ərəbistanında dəstəklədiyi “Hizbullah əl Hicaz” adlı terrorçu qruplaşma 25 iyun 1996-cı ildə Amerikanın Səudiyyə ərazisindəki hərbi bazasına qarşı gerçəkləşdirdiyi intihar hücumunda ABŞ-ın hava qüvvələrindən olan 19 hərbçi həlak olub, 372 hərbçi isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Khobar Towers bombing - Wikipedia  

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Ombudsman Səbinə Əliyeva Türkiyəyə 100 fidan hədiyyə edib

2021-08-01

gun az article

Ceyhun Bayramov: "Azərbaycan bundan sonra da Türkiyəyə hər cür yardıma hazırdır"

2021-08-01

gun az article

Azərbaycanda daha 671 nəfərdə koronavirusa yoluxma aşkarlanıb, 4 nəfər ölüb

2021-08-01

gun az article

Xuzistanda hüquq mühafizə qüvvələrinin avtomobilinə atəş açılıb: 1 polis əməkdaşı öldürülüb

2021-08-01

gun az article

Tehranda incəsənət xadimlərinin dəvəti ilə Xuzistana dəstək aksiyası keçirilib – VİDEO

2021-08-01

gun az article

Tural Gəncəliyev: “Jirinovski və onun kimiləri yeni reallığı qəbul edə bilmir”

2021-08-01

gun az article

Sabah temperatur 36 dərəcəyə yüksələcək, bölgələrə yağış, dolu yağacaq

2021-08-01

gun az article

1 avqust - Azərbaycan əlifbası və Azərbaycan dili günüdür

2021-08-01

gun az article

İordaniya Suriya ilə sərhədi bağladı

2021-08-01

gun az article

Tokio-2020: Azərbaycanın 3 idmançısı mübarizə aparacaq

2021-08-01

gun az article

Rusiyalı alim: “Kütləvi peyvəndləmə daha təhlükəli infeksiya variantlarının qarşısını alacaq”

2021-08-01

gun az article

Mövqelərimiz Naxçıvan istiqamətində atəşə tutulub

2021-08-01

gun az article

Türkiyədəki yanğınlarla bağlı Diasporla İş üzrə Dövlət Komitəsində “qaynar xətt” yaradıldı

2021-07-31

gun az article

Türkiyə Prezidenti azərbaycanlı yanğınsöndürənlərin gördüyü işlərdən danışdı-VİDEO

2021-07-31

gun az article

Azərbaycan Türkiyəyə sabah helikopter göndərəcək

2021-07-31

gun az article

Ərdoğan: "Azərbaycan Türkiyəyə yanğınsöndürən təyyarə göndərib"

2021-07-31

gun az article

Azərbaycanda son sutkada 633 nəfər COVID-19-a yoluxub, 174 nəfər sağalıb

2021-07-31

gun az article

Əfqanıstanda 60 nəfər selin qurbanı oldu

2021-07-31

gun az article

Türkiyədə meşə yanğınlarından həlak olanların sayı 6-ya çatıb

2021-07-31

gun az article

Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak olub

2021-07-31