SON XƏBƏRLƏR

Pompeo: “Dünya İran rejiminin rəftarını diqqət mərkəzində saxlayır. Rejimin öz vətəndaşlarına qarşı zorakılıq əməllərini kəskin pisləyirik”

2021.10.20, 07:36
Pompeo: “Dünya İran rejiminin rəftarını diqqət mərkəzində saxlayır. Rejimin öz vətəndaşlarına qarşı zorakılıq əməllərini kəskin pisləyirik”

Gunaz.tv

GünazTV: ABŞ-ın dövlət katibi Mayk Pompeo noyabrın 18-də jurnalistlərə açıqlamasında İranda dinc etirazlara qatılan onlarla aksiyaçının rejim qüvvələri tərəfindən qətlə yetirilməsindən nigaran olduğunu bildirib.

 

Pompeo deyib ki, dünya İran rejiminin rəftarını diqqət mərkəzində saxlayır: “Biz istəyirik ki, İranın pulu İraqda təmsilçi qruplaşmalara, Hizbullaha və digər bu kimi qruplara yox, İran millətinə sərf edilsin. Amerika Birləşmiş Ştatları İranda baş verən etirazları diqqətlə izləyir. Biz İran rejiminin  öz vətəndaşlarına qarşı zorakılıq əməllərini kəskin pisləyirik. Həmçinin etirazlarda öldürülənlərin sayının artması bizim ciddi nigaranlığımıza səbəb olub.

 

Hesab edirik ki, İran İslam Respublikası rejimi öz vətəndaşlarına qarşı qəddarlıqdan və onlara qarşı zorakılıq əməllərindən əl çəkməli, ran vətəndaşlarının azad internetdən istifadə etməsini təmin etməlidir” –deyə, ABŞ-ın dövlət katibi Mayk Pompeo əlavə edib.

 

Xatırladaq ki, dörd gündən bəri İranda hökumətin benzinin qiymətini üç dəfə artırmasına qarşı kütləvi etirazlar davam edir. Ölkənin 100-ə şəhərində keçirilən dinc etirazlarda 40-dan çox etirazçı rejim qüvvələrinin atəşi nəticəsində öldürülüb, yüzlərlə aksiyaçı yaralanıb, Tehranda və digər şəhərlərdə 1500-dən çox etirazçı polis və mülki geyimli təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar