SON XƏBƏRLƏR

Pompeo: “İran dünyadan təcrid olunaraq daha çox sanksiyalarla üz-üzə qalacaq”

2021.10.20, 07:36
Pompeo: “İran dünyadan təcrid olunaraq daha çox sanksiyalarla üz-üzə qalacaq”

Gunaz.tv

GünazTV: Amerikanın dövlət katibi Mayk Pompeo iyulun 7-də “Twitter” səhifəsində paylaşdığı bir statusda İranın nüvə sazişi ilə bağlı üzərinə götürdüyü öhdəlikləri azaltmaq istiqamətində atdığı “2-ci addım”ına sərt reraksiya verib.

 

O bildirib ki, İran rejimi atdığı bu addımı ilə dünyadan təcrid olunaraq daha çox qadağalarla üz-üzə qalmalı olacaq: “Son vaxtlar İranın nüvə proqramının genişləndirilməsi İranın beynəlxalq ictimaiyyətdən təcrid olunmasına və onun daha çox sanksiyalara məruz qalmasına səbəb olacaq. Hesab edirik ki, İran rejimi nüvə süilahına yiyələnməklə dünya üçün daha böyük birt təhlükəyə çevriləcək. Bu isə yol verilməzdir” -deyə Mayk Pompeo əlavə edib.

 

İranın nüvə öhdəliklərini azaltmasına başlaması bir sıra Avropa ölkələrinin, o cümlədən də Fransanın etirazı ilə qarşılanıb. Fransanın Xarici İşlər Nazirliyi iyulun 7-də bəyanat yayaraq, İranı atdığı addımdan geri çəkilməyə çağırıb: “Biz qəti şəkildə İrandan istəyirik ki, nüvə sazişi ilə bağlı üzərinə götürdüyü bütün öhdəliklərinə zidd olan fəaliyyətlərindən əl çəksin. Hesab edirik ki, İran mövcud çaxnaşmanın azaldılması istiqamətində hərəkət etməli, addım atmalıdır” -deyə Fransanın Xarici İşlər Nazirliyinin bəyanatında vurğulanır.

 

Həmçinin Fransa prezidenti Emmanuel Makron həmin bəyanatın yayılmasından az əvvəl uranın daha yüksək dərəcədə zənginləşdirilməsi ilə bağlı İranın son qərarını pisləyib. O deyib ki, rəsmi Tehranın bu addımı, İranın Vyanada imzalanmış nüvə sazişini pozması deməkdir.

 

 Fransa prezidenti Emmanuel Makron 

 

Xatırladaq ki, rəsmi Tehran iyulun 7-də bəyanat yayaraq, nüvə öhdəliklərini azaltmaq isatiqamətində “2-ci addım”a başladığından xəbər verib. İran bildirib ki, iyulun 7-dən etibarən uranın nüvə razılaşmasında nəzərdə tutulan 3.67%-lik həddən çox zənginləşdirilməsinə start verib.

 

 A.M

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar