SON XƏBƏRLƏR

Pompeo: “İran neftin qiymətini qaldırmaq üçün 4 gəmiyə hücum edib”

2021.10.20, 07:36
Pompeo: “İran neftin qiymətini qaldırmaq üçün 4 gəmiyə hücum edib”

Gunaz.tv

GünazTV: ABŞ dövlət katibi Mayk Pompeo mayın 30-da jurnalistlərə açıqlamasında İranın regionun sabitliyinə qarşı təhdidindən və üç həftə əvvəl Əl-Fuceyrə limanında neft daşıyan 4 gəmiyə qarşı hücumlardakı rolundan danışıb.

 

Pompeo bildirib ki, İran körfəzdə neft daşıyan 4 gəmiyə hücum etməklə dünya neft bazarını təlatümə salmağa çalışıb: “İran dünya neft bazarında xam neftin qiymətini qaldırmaq məqsədi ilə bu dörd gəmiyə hücum edib. Mən, prezident Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun haqqında danışdığı və İranın həmin hücumlarda əli olduğunu sübut edən sənədləri görmüşəm” –deyə ABŞ dövlət katibi Mayk Pompeo əlavə edib.

 

Həmin gün, Con Bolton jurnalistlərlə görüşündə İranı dörd neft tankerinə qarşı hücumda günahlandıraraq deyib ki, o, İranın həmin hücumlarda əli olduğunu sübut edən sənədləri gələn həftə BMT Təhlükəsizlik Şurasına təqdim edəcək: “Aparılan araşdırmalar göstərir ki, bu dörd neft gəmisində baş verən partlayışlara çox ehtimal ki, İranın istehsal etdiyi dəniz minaları səbəb olub” –deyə Con Bolton vurğulayıb.

 

ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton

 

Xatırladaq ki, mayın 12-də Hörmüz boğazından 70 mil aralıqda yerləşən Əl-Füceyrə limanı yaxınlığında Birləşmiş Ərəb Əmirliklərinə, Səudiyyə Ərəbistanına və Norveçə məxsus dörd gəmidə güclü partlayış baş verib və yanğın nəticəsində həmin gəmilərə çoxlu ziyan dəyib. Bombalı hücumların mənşəyi barədə dəqiq məlumatlar olmasa da, İranın və onun dəstlədiyi muzdlu yaraqlı dəstə və  qruplaşmaların bu partlayışlarda əli olduğu təxmin edilir.

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar