SON XƏBƏRLƏR

Pompeo: “İran orbitə satellit göndərməklə özünün qitələrarası ballistik raketlərini sınaqdan keçirməyə çalışır”

2021.10.20, 07:36
Pompeo: “İran orbitə satellit göndərməklə özünün qitələrarası ballistik raketlərini sınaqdan keçirməyə çalışır”

Gunaz.tv

GünazTV: ABŞ-ın dövlət katibi Mayk Pompeo fevralın 11-də “Twitter” səhifəsində yaydığı bir yazıda İranın iki gün əvvəl orbitə yeni satellit göndərməsinə münasibət bildirib.

 

O deyib ki, İran orbitə satellit göndərmək yolu və bəhanəsi ilə özünün qitələrarası ballistik raketlərini sınaqdan keçirmək niyyətindədir: “İran rejimi orbitə satellit göndərməklə özünün ballistik raketlərinin qabiliyyətlərini inkişaf etdirməyə çalışır. Bu qabiliyyətlər isə İranın regional rəqiblərinin və bölgənin sabitliyinin təhdid olunmasına səbəb olur” -deyə, ABŞ-ın dövlət katibi Mayk Pompeo “Twitter”də paylaşdığı yazısında bəyan edib.

 

Pompeo həmçinin bəyanat yayaraq, Tehranın ballistik raket proqramının regiona qarşı təhdidindən və Vaşinqtonun müttəfiqləri ilə birlikdə bu təhdidin qarşısında dayanacağını bildirib. O deyib ki, İran dünyada beynəlxalq terrorizmin əsas və ən böyük himayədarı olaraq qalır: “Hesab edirik ki, İran rejiminin ballistik raketlər istehsal etməsinə və onları sınaqdan keçirməsinə imkan verilməməlidir.

 

Amerika Birləşmiş Ştatları İran rejiminin ballistik raketlər sahəsindəki fəaliyyətinin qarşısını almaq məqsədilə dünyanın hər yerində yeni müttəfiqlər cəlb etmək üçün öz səyini davam etdirəcək. Biz, həmçinin rəftarfını dəyişmək üçün rəsmi Tehrana və onun rejiminə qarşı daha ağır təzyiqlər göstərməyi davam etdirəcəyik” -deyə, Pompeonun yaydığı bəyanatında bildirilir.

 

Xatırladaq ki, fevralın 9-da İranın orbitə yeni satellit göndərməsi ilə bağlı 4-cü cəhdi məğlubiyyətə uğrayıb.

 

 

 İranın Müdafiə Nazirliyinin kosmik bölməsinin sözçüsü Əhməd Hüseyni həmin gün jurnalistlərə açıqlamasında deyib ki, İranın Simnan əyalətinin fəza mərkəzindən orbitə göndərilən “Zəfər” adlı satellit, orbitə yerləşdirilməsi üçün əvvəlcədən nəzərdə tutulan sürətə çatmayıb: “Bu satellit cəmi 9 dəqiqə uçub.  Biz, növbəti cəhdlərimizdə satellitin orbitə yerləşdirilməsi qarşısındakı mövcud nöqsanların aradan qaldırılması üçün lazım olan tədbirləri görəcəyik” -deyə, İranın Müdafiə Nazirliyinin kosmik bölməsinin sözçüsü Əhməd Hüseyni əlavə edib.

 

 A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar