SON XƏBƏRLƏR

Pompeo: “İran rəhbərləri internet girdikləri bir vaxtda ölkə əhalisini ondan məhrum ediblər”

2021.10.20, 07:36
Pompeo: “İran rəhbərləri internet girdikləri bir vaxtda ölkə əhalisini ondan məhrum ediblər”

Gunaz.tv

GünazTV: ABŞ-ın dövlət katibi Mayk Pompeo noyabrın 22-də byanat yayaraq, İran rəhbərlərinin ölkədə internetə məhdudiyyət qoymasını kəskin pisləyib.

 

Pompeo deyib ki, Amerika Birləşmiş Ştatlarının hökuməti İran xalqının yanındadır və onun azadlıq uğrunda apardığı dinc mübarizəsinə dəstək verir: “İran rəhbərləri və onlara yaxın adamlar sərbəst şəkildə internetə girib sosial şəbəkələrdən istifadə etdikləri bir vaxtda, ölkə əhalisini bu imkandan məhrum ediblər. Hesab edirik ki, heç bir ölkə və ya şirkət ölkədə senzura tətbiq etmək və insan hüquqlarını pozmaq üçün İran rejiminə yardım etməməlidir.

 

Amerika Birləşmiş Ştatları azad informasiya mübadiləsinin, söz və ifadə azadlığı və dinc toplantılar keçirilməsinin tərəfdarıdır. Amerika hökuməti bu kimi azadlıqları məhdudlaşdırmağa çalışan şəxsləri cavabdeh olmağa vadar edəcək. Nə qədər ki, islam respublikası rejimi İran xalqının hüquqlarını pozanları dəstəkləyir və onların dəhşətli əməllərini ört-basır edərək yaddaşlardan silməyə çalışır, Amerika insan haqlarını pozanları ifşa edəcək və onların utandırıcı əməllərinin tarixdə səbt olunmasına çalışacaq.

 

Təəssüflər olsun ki, İranda repressiv bir hökumət xalqın səsini boğur, dinc etirazçıları həbsə salır və ya öldürür. Amerika hökuməti isə iranlıların yanında qalacaq”.

 

Qeyd edək ki, İran rejimi 7 gündən bəri interneti kəsməklə, etirazlar zamanı insanları qətliam etməsinin görüntülərinin dünya mediasına yol açmasının qarşısını almağa çalışır. Ötən günlər ərzində bu səbəbdən müxtəlif bölgələrdə rejimin repressiya qüvvələrinin həyata keçirdikləri qırğınlar barədə ətraflı məlumat əldə etmək mümkün olmayıb.

 

 

Xatırladaq ki, noyabrın 15-dən başlayaraq, İranda hökumətin benzinin qiymətini üç dəfə artırmasına qarşı keçirilən kütləvi etirazlar və səsləndirilən şüarlar qısa zaman içində molla rejiminə qarşı yönəlib. Ölkənin 137 şəhərində keçirilən etirazlarda rejim qüvvələrinin dinc etirazçılara qarşı göstərdiyi misili görünməmiş vəhşilik və qəddarlıq dünya ictimaiyyətini şoka salıb. Belə ki, hökumət, “Sepah”, “Bəsic” və mülki geyimli təhlükəsizlik qüvvələrinin etirazçılara qarşı odlu silahlardan açdığı atəş nəticəsində 251 nəfərdən çox insan qətlə yetirilib, 3700 aksiyaçı yaralanıb, Tehranda və digər şəhərlərdə 7 mindən çox etirazçı polis və mülki geyimli təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

 

 

Etirazlar zamanı həmçinin ən azı 7 “Sepah” və “Bəsic” muzdlusu həlak olub, cəhalət, xurafat və fəsad mərkəzi sayılan 15-ə yaxın dini mədrəsə (mollaxana) etirazçılar tərəfindən yandırılıb. Molla rejiminin repressiya maşınını işə salmasına baxmayaraq, etirazlar ara-sıra davam edir.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar