SON XƏBƏRLƏR

Pompeo: “İran rəhbərləri öz rəftar və davranışını dəyişməlidir”

2021.10.20, 07:36
Pompeo: “İran rəhbərləri öz rəftar və davranışını dəyişməlidir”

Gunaz.tv

GünAzTV: Amerikanın dövlət katibi Mayk Pompeo mayın 25-də jurnalistlərə açıqlamasında İranın region ölkələrinin daxili işlərinə qarışmasından, terrorizmə dəstəyindən və Vaşinqtonun buna münasibətindən danışıb.

 

O bildirib ki, Amerikanın İrana qarşı yeni strategiyasında məqsəd, Tehran rejimini devirmək deyil: “Məqsəd, İran rəhbərlərinin rəftarını dəyişməkdir. Bizim İran qarşısında qoyduğumuz 12 şərtdə hər şey açıq və şəffaf şəkildə öz əksini tapıb. Biz, İran rəhbərlərindən çox şey istəmirik. Sadəcə olaraq hesab edirik ki, onar öz rəftar və davranışını dəyişməlidir. Bizim İran rəhbərlərindən istəyimi odur ki, digər ölkələrin adi rəhbərləri kimi davransınlar, öz vətəndaşlarının sərvətini qarət etməsinlər və İran millətinin pulunu Suriya, Yəmən, Livan və İraqdakı macəraçılıqlar uğrunda hədər verməsinlər.

 

Biz sözlə, söhbət İran rejimini devirməkdən yox, İran rəhbərlərinin və digər yüksək rütbəli şəxslərinin rəftarını, millətin istəklərini yerinə yetirmək istiqamətinə yönəltmək və dəyişməkdir. Bİz İran rəhbərlərindən istəyirik ki, dünyada terrorizmə dəstəkdən əl çəksinlər, İraqda yaraqlı dəstələr yaratmasınlar, məmləkətin dollarlarını Suriyaya göndərməsinlər və öz vətəndaşlarını bu ölkədə ölümə verməsinlər. Çünki, bu həm Orta Şərqin təhlükəsizliyi, həm də onların özləri üçün pisdir”.

 

Xatırladaq ki, Pompeo mayın 21-də ölkəsinin İranla bağlı yeni strategiyasından danışaraq, İranla yeni bir nüvə sazişi imzalanması  üçün, Vaşinqtonun rəsmi Tehranın qarşısında 12 şərt qoyduğunu açıqlayıb.

 

O bildirib ki, İran, özünün hərbi və nüvə proqramı üzrə apardığı fəaliyyətinin bütün detallarını Beynəlxalq Atom Enerjisi Agentliyinin ixtiyarına qoymalı, agentlik müfəttişlərinin istənilən vaxtda hərbi və nüvə təsisatlarına baxış keçirməsinə şərait yaratmalıdır. İran, uranın zənginləşdirilməsi üzrə fəaliyyətini dayandırmalı, heç vaxt pluton emalı ilə məşğul olmamalı, ağır su təsisatlarını qapatmalıdır.

 

O qeyd edib ki, İran, nüvə başlıqları daşımağa qadir olan ballistik raketlərin istehsalını dayandırmalı, nüvə silahı istehsalı üzrə apardığı əvvəlki proqramların məzmununu açıqlamalı, terrorizmə, o cümlədən də “Həmas”, “Hizbullah” və “İslam cihadı” kimi terrorçu qruplaşmalara dəstəyinə son qoymalıdır. Həmçinin, İran bölgədə, xüsusən də Yəməndəki şiə yaraqlılarına dəstəyini dayandırmalı, öz hərbi hissələrini Suriyadan çıxarmalı, Əfqanistanda “Taliban”a və digər terrorçu qruplaşmalara dəstəyindən əl çəkməlidir.

 

Bundan başqa, İran “Əl-Qaidə” terror təşkilatının rəhbərlərinə və onun komandirlərinə ev sahibliyi etməkdən əl çəkməli, region ölkələrinə, o cümlədən də öz qonşularına qarşı təhdid siyasətinə son qoymalıdır. İran həmçinin bu ölkədə həbsdə saxladığı bütün Amerika vətəndaşlarını azadlığa buraxmalı, kiber hücumlarını dayandırmalıdır”.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar