SON XƏBƏRLƏR

Pompeo: “İran rejimi Tehrana səfərimlə bağlı təklifi qəbul etmədi”

2021.10.20, 07:36
Pompeo: “İran rejimi Tehrana səfərimlə bağlı təklifi qəbul etmədi”

Gunaz.tv

GünazTV: Amerika Birləşmiş Ştatlarının dövlət katibi Mayk Pompeo iyulun 28-də “Twitter” səhifəsində paylaşdığı bir statusda Tehrana səfər edib İran xalqı ilə yaxından söhbət etməsi ilə bağlı bir neçə gün əvvəl irəli sürdüyü təklifindən və rəsmi Tehranın həmin təklifə münasibətindən danışıb.

 

Pompeo bildirib ki, İran rejimi onun Tehrana səfərindən vahiməyə düşərək onun bu təklifinə mənfi cavab verib: “Mən bir neçə gün əvvəl Tehrana gedib İran vətəndaşları ilə birbaşa söhbət etməyə hazır olduğumu və bununla bağlı təklif irəli sürdüm. Lakin İran rejimi mənim bu təklifimdən vahiməyə düşərək onu qəbul etmədi.

 

Biz, İranın xarici işlər naziri Məhəmmədcavad Zərif Amerika gəlib buradakı söz və ifadə azadlığından bəhrələnənməsindən, öz sözünü sərbəst şəkildə deməsindən qorxmuruq. Görəsən Əli Xamneyi rejimi ilə bağlı mövcud gerçəkliklər o dərəcədə pisdir ki, o mənə həmin işləri Tehranda etməyimə icazə vermir. Məgər İran xalqı həqiqətləri senzurasız və yığcam şəkildə eşitsə nə olar ki” –deyə Amerika Birləşmiş Ştatlaının Dövlət Departamentinin rəhbəri Mayk Pompeo vurğulayıb.

 

Xatırladaq ki, Pompeo iyulun 25-də “Bloomberg” kanalına müsahibəsində Tehrana səfər edib İran xalqı ilə birbaşa söhbət etməyə hazır olmasından danışmışdı: “İmkan olsa, İran xalqıyla birbaşa görüşüb, onlara Amerikanın xarici siyasətini izah etmək istəyərəm”- deyə Pompeo əlavə etmişdi.

 

 

 Qeyd edək ki, Amerika 2018-ci ilin may ayının 8-də İrana qarşı yenidən sanksiyaların qəbul ediləcəyinin anonsunu verərək, nüvə razılaşmasından çıxdığını rəsmən bəyan edib. Bundan sonra iki mərhələli tətbiq edilən sanksiyalar İran iqtisadiyyatını iflic edib, ölkənin əsas gəlir sahəsi olan neft sektoru isə ciddi geriləyib. Rəsmi statistikalara əsasən, hazırda İranın günlük neft ixracatının həcmi 250 min bareldən aşağıdır.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar