SON XƏBƏRLƏR

Pompeo: “İran rejiminin nüvə proqramı barəsində yalan danışmağa davam etməsi çox ciddi məsələdir”

2021.10.20, 07:36
Pompeo: “İran rejiminin nüvə proqramı barəsində yalan danışmağa davam etməsi çox ciddi məsələdir”

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin rəhbəri Mayk Pompeo İran rejimini nüvə proqramı ətrafında yalan danışmağa davam etməkdə ittiham edib.

 

O qeyd edib ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin İranın nüvə fəaliyyətləri ilə bağlı yaydığı son hesabat dünya ictimaiyyətinin mövcud narahatlığını daha da artırıb.

 

“İran Nüvə Silahlarının Qarşısının Alınması Müqaviləsini imzalayan ölkələrdəndir. Buna görə də, öz nüvə maddələri ilə bağlı Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinə məlumat verməklə yanaşı, qurumun müfəttişlərinin monitorinq aparmaq üçün nüvə təsisatlarına daxil olmasına imkan yaratmalıdır”, - deyə Pompeo əlavə edib.

 

ABŞ Dövlət Departamentinin rəhbəri qeyd edib ki, rəsmi Tehran yuxarıda qeyd edilmiş müqaviləni imzaladığından, öz nüvə fəaliyyətləri ilə bağlı MAQATE-yə hesabat verməyə borcludur. O, iranlı rəsmiləri Agentliklə əməkdaşlıq etməyə çağırıb. Pompeo həmçinin qeyd edib ki, rəsmi Vaşinqton İranın nüvə silahı əldə etməsinə şərait yaradan bütün yolları bağlayacaq.

 

“İranla yeni nüvə razılaşmasının əldə edilməsi yalnız bu ölkənin nüvə proqramının dəqiq yoxlanmasından sonra mümkün ola bilər. MAQATE-nin son hesabatı narahatlıqları daha da artırıb. Çünki biz bilirik ki, İran atom silahı əldə etmək üçün həyata keçirdiyi nüvə fəaliyyətləri ilə bağlı yalan danışmağa davam edir. Bu, fövqəladə ciddi məsələdir”, - deyə Pompeo fikrini tamamlayıb.

 

Xatırladaq ki, MAQATE bir neçə gün öncə yaydığı məlumatda İranda yeni 3 gizli nüvə mərkəzinin aşkar edildiyini bəyan etmişdi. Qurum həmçinin bildirirdi ki, Tehran həmin mərkəzlərlə bağlı məlumat verməkdən, eləcə də MAQATE-nin müfəttişlərinin orada yoxlamalar aparmasına icazə verməkdən imtina edir. 

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar