SON XƏBƏRLƏR

Pompeo: “İran xalqı ilə Tehranda birbaşa söhbət etmək istəyirəm”

2021.10.20, 07:36
Pompeo: “İran xalqı ilə Tehranda birbaşa söhbət etmək istəyirəm”

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatlaının Dövlət Departamentinin rəhbəri Mayk Pompeo Tehrana səfər etmək istəyinin olduğunu deyib.

 

O, “Bloomberg” kanalı ilə müsahibəsi zamanı “Tehranda birbaşa olaraq İran xalqıyla görüşmək və söhbət etmək istədiyini” deyib.

 

“İmkan olsa, İran xalqıyla birbaşa görüşüb, onlara Amerikanın xarici siyasətini izah etmək istəyərəm”- deyə Pompeo əlavə edib.

 

Dövlət Departamentinin rəhbəri həmçinin Məhəmməd Cavad Zərifin xarici işlər naziri olaraq heç bir səlahiyyətinin olmadığını, ölkənin bütün sahələrdə olduğu kimi, xarici siyasətdə də prioritetlərini Əli Xamneyinin hazırladığını və Zərifin də sadəcə onun istəklərini yerinə yetirdiyini vurğulayıb.

 

Pompeo ölkəsinin İrana qarşı tətbiq etdiyi sanksiyalarının hədəfinin Əli Xamneyi və Qasım Süleymanini öz rəftarlarını dəyişdirməyə, yəni təxribatçı addımlardan əl çəkməyə sövq etmək olduğunu deyib.

 

Xatırladaq ki, Amerika 2018-ci ilin may ayının 8-də İrana qarşı yenidən sanksiyaların qəbul ediləcəyinin anonsunu verərək, nüvə razılaşmasından çıxdığını rəsmən bəyan etmişdi. Bundan sonra iki mərhələli tətbiq edilən sanksiyalar İran iqtisadiyyatını iflic edib, ölkənin əsas gəlir sahəsi olan neft sektoru isə ciddi geriləyib. Rəsmi statistikalara əsasən, hazırda İranın günlük neft ixracatının həcmi 250 min bareldən aşağıdır.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar